Bank Of Baku

Könül Xasıyeva sentyabrda solo-konsert proqramı ilə çıxış edəcək

Könül Xasıyeva sentyabrda solo-konsert proqramı ilə çıxış edəcək
# 23 iyul 2008 14:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın əməkdar artisti, muğam ifaçısı Könül Xasıyeva sentyabrda solo konsert proqramı ilə çıxış edəcək. Xanəndə APA-ya bildirib ki, hazırda konsertin proqramını müəyyənləşdirməklə məşğuldur. Bir sıra ölkələrə dəvət olunduğunu deyən Könül Xasıyeva bu təkliflərdən hələlik imtina edir. Buna səbəb isə xanəndənin doqquz aylıq oğlunu tək qoya bilməməsidir: “Oğluma görə xarici səfərlərə və qastrollara razılıq vermirəm. Övladımı tək qoyub heç hara gedə bilmirəm. Hər şey yoluna düşdükdən sonra bütün təklifləri dəyərləndirmək fikrindəyəm. Əsas istəyim isə sentyabrda paytaxtda konsert verməkdir. Hələlik bu konsertin məkanını müəyyənləşdiririk”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR