“Azərbaycanda bizim rəqibimiz yoxdur”
- Rüstəm Zeynallının rəhbərlik etdiyi “Şeron” qrupu Azərbaycandan getmək qərarına gəlib. Bunu özünüz üçün qalibiyyət hesab edirisnizmi?
Ülvi Cəfərov: Onlar getmirlər, biz onları göndəririk. Düşündük ki, getsinlər, bir az təhsil alsınlar. İnsan gərək öz vətənində bir şey etsin. Görünür, digər “Şeron” qrupu burada bir şey edə bilmədiyi üçün Türkiyəyə üz tutmaq qərarına gəlib. Onların Türkiyəyə gedəcəyini dəqiqliklə deyə bilmərəm, ancaq artıq bizə Türkiyədən təklif gəlib. Bu təklifi 2005-ci ildə Tarkanın albomunu hazırlamış prodüserdən almışıq. Türkiyədə qrupumuzun yeni albomunu çıxarmaq istəyirlər. Gələn həftə bununla bağlı Türkiyəyə gedəcəyik və müqavilə ilə tanış olduqdan sonra imza atacağıq. Əsas istəyimiz bu albomun Avropada da satışa çıxarılmasıdır.
Məlikməmməd Hacıyev: Hələ gedib-getməyəcəklərini demək olmaz. Vaxtı gələndə hər şey bilinəcək. İnanın ki, onlar haqqında düşünməyə belə vaxtımız yoxdur. Biz qalibiyyətimizi sənətimizlə və mahnılarımızla göstəririk. Onlar kimi ucuz reklama qaçmaq bizlik deyil.
- Deyirlər, digər “Şeron” qrupunun əlindən toy biznesini də almısınız.
Ülvi Cəfərov: Bu, çox səhv fikirdir. Biz onlara qol gücü göstərmirik, sadəcə, öz sənətimizlə qalib gəlirik. Bu gün biz gündəmdəyik və tamaşaçılar tərəfindən sevilirik. Əgər seviliriksə, deməli, tamaşaçılar qarşısında əsl sənət nümayiş etdiririk. Kim ki, vətənində özünü göstərə bilmir, öz günahıdır. Gənclər öz toylarında məhz bizim qrupu görmək istəyirlərsə, bu, bizim üçün fəxrdir. Özü də toy idarə etmək heç də asan iş deyil. Biz toylardan qazandığımızı əziyyətlə əldə edirik, yeddi saata yaxın canlı oxuyuruq. Toylarda heç vaxt fonoqramdan istifadə etmirik. Bu, olduqca çətin və məsuliyyətli işdir.
Məlikməmməd Hacıyev: Bu gün reallıq budur ki, sənət göstərmək üçün maliyyə lazımdır. Maliyyə olmasa, nə mahnılar yazdıra, nə kliplər çəkdirə bilərik. Bizə axı maliyyə yardımı göstərən yoxdur. Biz özümüz özümüzü maliyyələşdiririk. Əgər toy bazarında özümüzə görə bir yer qazanmışıqsa və hansısa bir yeri götürmüşüksə, bu, bizim öz əməyimizin bəhrəsidir.
- Toya gəlir yeri kimi baxırsınız, yoxsa apardığınız toylarda həqiqətən də sənət nümayiş etdirirsiniz?
Məlikməmməd Hacıyev: Biz toylarda əsl sənət nümayiş etdiririk. Əgər belə olmasaydı, çoxluq bizə üstünlük verməzdi. Bu gün toy aparmaq özü də sənətdir.
Sənan Əliyev: Bugünkü dövrdə o qədər də geniş səhnəmizin olmadığını nəzərə alsaq, deməli, bizim sənət göstərməyimiz üçün yeganə imkan toydur. Yalnız toy vasitəsilə böyük kütləyə nə isə çatdırmaq olar.
- Niyə bu zamana kimi beynəlxalq müsabiqələrdə, festivallarda iştirak etməmisiniz?
Ülvi Cəfərov: Biz ən mötəbər beynəlxalq müsabiqələırdə iştirak edəcəyik. Hələlik bunu açıqlamaq istəmirik. Bircə onu deyə bilərəm ki, artıq bunun vaxtı çatıb.
Məlikməmməd Hacıyev: Biz bunun üçün gecikdiyimizi düşünmürük. Əslində özünü təsdiq etdikdən sonra beynəlxalq müsabiqələrdə iştirak etmək daha məqsədəuyğundur. Çünki kifayət qədər təcrübən olmalıdır. Hər yerindən duranın beynəlxalq festivallara qatılması Azərbaycan musiqisinin nüfuzuna xələl gətirir.
- Bu gün Azərbaycanda qrupların sayı yetərincədir. Bəs “Şeron” qrupu özünə rəqib bilir?
Ülvi Cəfərov: Azərbaycanda bizim rəqibimiz yoxdur. Sözün düzü, rəqiblik iddiamız da yoxdur. Bütün qruplarla münasibətimiz yaxşıdır. Heç bir qrupla işimiz yoxdur. Kiminsə bizimlə işi ola bilər, biz isə onlara fikir vermirik.
- Azərbaycanda səviyyəli qrupların kifayət qədər olmamasını nə ilə izah edirsiniz?
Məlikməmməd Hacıyev: Səviyyəli qrupun yaradılması üçün müəyyən şərtlər var. Məsələn, Amerikadakı qruplarla bizim qruplarımız çox fərqlənir. Çünki oranın əhalisi çoxdur, ərazisi böyükdür, eyni zamanda Amerika uzun illərdir müstəqil dövlətdir. Səviyyəli qrupların yaranması üçün bütün bunlar şərtdir. Azərbaycan müstəqillik qazandıqdan sonra musiqi sahəsində də çox irəliləyişlər olub. Güman edirəm ki, beş ildən sonra Azərbaycanda daha səviyyəli qruplar yaranacaq. Azərbaycanın “Qaya” qrupu öz sözünü deyib, qismət olsa, biz də öz sözümüzü demək istəyirik.
- Sizi hər zaman ciddi geyimlərdə görürük. İmicinizə dəyişiklik etmək fikriniz varmı?
Ülvi Cəfərov: Geyim tərzini dəyişdirmək xarakterimizə uyğun deyil. Bir dəfə efirə cins şalvar və idman üslubunda olan köynəklə çıxmışdıq. Sözün düzü, həmin vaxt özümüzü rahat hiss etmədik. Çünki bizi o geyimdə efirdə görməyə öyrəşməyiblər. Bundan sonra bizə zəng edən tamaşaçılar da oldu. Azərbaycan ifaçıları üçün həqiqətən də xüsusi səhnə geyimi olmalıdır. Başqa cür mümkün deyil.
- Hazırda “Şeron” qrupunun əsas qazancı haradandır?
Məlikməmməd Hacıyev: Toylardan qazanırıq. Şükür Allaha ki, pis qazanmırıq. Sözsüz ki, gəlirimiz xərcdən daha çox olur. “Şeron” qrupunun qazandığı pulla 15 ailə saxlanılır və ailəmizlə birgə 70 nəfər buradan əldə edilən gəlirlə yaşayır.
- Toylarda başınıza maraqlı hadisələr gəlibmi?
Ülvi Cəfərov: Əlbəttə, belə hadisələr çox olub. Ümumiyyətlə, hər toy öz-özlüyündə fərqlənir. Şəhər toyu ilə, rayon toyu arasında çox fərq olur. Amma toyların səviyyəsi bizi qane edir. Qane etməsəydi, biz toyları idarə etməyə razılıq verməzdik.
Məlikməmməd Hacıyev: Toylarda da biz ancaq öz işimizdə oluruq. Nələr baş verir, nələr olur, bilmirik.
- “Şeron” özünə bir vaxt qoyubmu?
Ülvi Cəfərov: Söhbət qrupumuzun fəaliyyətindən gedirsə, o, bizə bağlı olan bir şey deyil. Qrupumuzun qismətində nə qədər varsa, o qədər də yaşayacaq. Əsas odur ki, “Şeron” bu illərdə başıuca fəaliyyət göstərib və heç kimin qarşısında alçalmadan yaşayıb. Bundan sonra da qurpumuzun bu cür fəaliyyət göstərəcəyinə inanırıq. Nə zaman ki, içimizdə təkəbbürlük, mənəm-mənəmlik, özündənrazılıq baş qaldıracaq, o zaman da “Şeron”un dövrü bitəcək.
- “Şeron” deyərkən hamının fikrində dördlük canlanır. Qrupa daha bir nəfəri cəlb etməyi düşünürsünüzmü?
Ülvi Cəfərov: Qətiyyən yox. Biz qrupumuzun bu şəkildə fəaliyyətindən çox razıyıq. Hər birimiz solo karyeradan qrupa gəlmişik. Onun da dadını görmüşük. Özümüzü bu cür çox rahat hiss edirik.
- Artıq 10 ildir fəaliyyət göstərirsiniz. Ancaq heç zaman konsert verməmisiniz.
Ülvi Cəfərov: Əsas səbəb yetərli səviyyədə repertuarımızın olmamasıdır. Yaxın gələcəkdə bu konsert də olacaq. Konserti fəaliyyətimizin 10-cu ildönümü ərəfəsində keçirmək niyyətindəyik. Bunun üçün zəngin repertuar hazırlayacağıq və 10 ilin hesabatını verəcəyik.
- Hansı yeni layihələrin üzərində işləyirsiniz?
Ülvi Cəfərov: Bu günlərdə “Bakı” haqqında yeni bir mahnı oxumuşuq. Bu, köhnə mahnı olsa da, yeni aranjmanda ifa etmişik. Bir neçə gündür ki, bu mahnı radio dalğalarında səsləndirilir. Mahnının musiqisi Ənvər Mansurova, sözləri isə millət vəkili Anar Məmmədxanlının nənəsinə aiddir. Bu mahnını 2001-ci ildə “Bakılı oğlanlar” yekun konsertlərində oxuyublar. Anar Məmmədxanlı ilə belə razılaşdıq ki, mahnı bizim ifamızda lentə yazılsın. Eyni zamanda bu mahnıya klip çəkdirməyi də düşünürük. Klipə bizimlə bərabər “Bakılı oğlanlar” komandasının üzvləri də çəkiləcəklər.
Şou-biznes
Xəbər Lenti
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib
AZAL yerli pilot hazırlığını genişləndirəcək, təlimatçıların sayı artırılacaq