Bank Of Baku

Rəmişin Yaşıl Teatr Bakı Konsert Kompleksində bu günə təyin olunan konserti təxirə salınıb

Rəmişin Yaşıl Teatr Bakı Konsert Kompleksində bu günə təyin olunan konserti təxirə salınıb
# 30 iyul 2008 11:31 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Gitara ifaçısı Rəmişin Yaşıl Teatr Bakı Konsert Kompleksində bu gün keçirilməsi nəzərdə tutulan konserti təxirə salınıb. APA-nın məlumatına görə, bunun səbəbi konsertin təşkilatçısı “Ses Organization”un rəhbəri Nahid Emiloğlunun yaxınlarından birinin vəfat etməsidir. Rəmiş isə APA-ya açıqlamasında konsertin N. Emiloğlu tərəfindən təxirə salındığını bildirib: “Belə biabırçılıq olar? Dünən zəng edib bildiriblər ki, konsert təxirə salınıb. Deyirlər ki, bizi üzrlü sayın, yasımız düşüb, başımız qarışıb. Adamı belə biabır etmək olar? Mənə bu yaşda xalqla belə rəftar etmək yaraşmaz, Nahid konserti təxirə saldığına görə cavab verəcək”. Rəmiş daha əvvəl iyulun 19-a planlaşdırılan konsertin vaxtının dəyişdirilməsinə də aydınlıq gətirib: “Konsert mənim razılığım olmadan iyulun 19-a təyin olunmuşdu. İyulun 23-ü Ağdamın işğal günü olduğundan daha sonra konsertin iyulun 30-da keçirilməsinə qərar verdik. Sonra mənə biletlərin satılmadığını dedilər. Amma xeyli adam 80 manata bilet alıb, indi onlara nə deyək? Nahid telefonunu bağlayıb, bizə cavab vermir. Lazım olsa, onunla məhkəmədə görüşəcəyik”.
N. Emiloğlu isə APA-ya bildirib ki, bilet alan şəxslər kassalara müraciət edərək bileti qaytarıb, pullarını ala bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR