Bank Of Baku

Ülvi Qılınc: “Flora xanıma dedim ki, İlhamə xanımla aralarında olan söz-söhbətə məni qarışdırmasın”

Ülvi Qılınc: “Flora xanıma dedim ki, İlhamə xanımla aralarında olan söz-söhbətə məni qarışdırmasın”
# 07 avqust 2008 09:14 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. “Flora Kərimovaya zəng edərək onun yanında olan Elgizin İlhamə xanıma “Ülvi Flora xanımla duet oxumaq istəyib, Flora Kərimova da onu qapısından qovub” dediyini söyləmişəm. Mən telefonda Flora xanımdan belə bir söhbətin olub-olmadığını soruşmuşam, o isə cavabında “yox” deyib”. Bunu APA-ya açıqlamasında opera müğənnisi, vokalçı Ülvi Qılınc deyib. O, F. Kərimovanın dünən keçirdiyi mətbuat konfransında səsləndirdiyi “qurd yağı” söhbətinə də aydınlıq gətirib: “İlhamə xanımla Ülvinin arasını vurmaq üçün qurd yağı çəkilməsi məsələsini də Elgiz deyib. Mən Elgizin hər yerdə danışdığını Flora xanıma demişəm”. Ü. Qılınc Flora Kərimova ilə telefonda sərt danışmadığını da bildirib: “Ona 8 ay əvvəl də zəng vurmuşdum. Həmin zəngimin səbəbi mənim mətbuata verdiyim müsahibə ilə bağlı idi. Belə ki, mən müsahibədə İlhamə xanımı gözəl qadın kimi sevdiyimi demişdim. Flora xanım isə müsahibələrində İlhamə xanımın özünü cavan oğlanla reklam etdiyini söyləmişdi. Flora xanıma zəng edib mənim sənətimə, sözümə müdaxilə etməsinə narazılığımı bildirdim. Onu da dedim ki, İlhamə xanımla aralarında olan söz-söhbətə məni qarışdırmasın. Bu sözümü yenə təkrarlayıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR