Bank Of Baku

Faiq Ələkbərli: “İlhamə Quliyeva Flora Kərimova ilə eksklüziv duet oxuya bilər”

Faiq Ələkbərli: “İlhamə Quliyeva Flora Kərimova ilə eksklüziv duet oxuya bilər”
# 11 avqust 2008 09:20 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı -APA. “Tez-tez Əlində İlhamə xanımla bağlı faktlar olduğunu deməklə şantaja əl atan Flora Kərimovanın diqqətinə çatdırmaq istəyirəm ki, bizim də əlimizdə onunla bağlı kifayət qədər fakt var. Əgər Flora Kərimova hərəkətlərinə diqqət etməsə, İlhamə xanım həmin faktları açıqlamaq məcburiyyətində qalacaq”. Bunu APA-ya xalq artisti İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərli deyib. O, xalq artisti F. Kərimova və onun ətrafında cəmləşən bir qrup şəxsin keçirdiyi mətbuat konfransında İ. Quliyeva haqqında dediklərinin cəfəngiyat olduğunu bildirib: “Təəssüf ki, İlhamə xanımın sayəsində şou-biznes aləmində özünə yer tapmağa çalışan, buna nail olmadıqda əks mövqe tutan Sərxan Kərəmoğlu da İlhamə xanımın ünvanına hədyanlar yağdırmaqdan çəkinməyib. Flora Kərimova diqqət cəlb etmək, gündəmə gəlmək üçün İlhamə xanımı duet oxumağa çağırıb. Flora Kərimova yaşının çox olmasına baxmayaraq, hələ də bilmir ki, 30 il bir-biri ilə danışmayan şəxslər bir araya gəlib duet oxuya bilməzlər. Hər şeydən əvvəl duet oxuyan şəxslər gərək bir-birinə hörmət eləsin. Tərəflər arasında isə belə bir şey hiss olunmur. Bu duet Flora Kərimovaya “raskrutka” üçün lazımdırsa, o zaman İlhamə xanım onunla eksklüziv duet oxuya bilər. Yalnız bir şərtlə ki, o, özünü İlhamə xanım səviyyəsində apara bilsin”. F. Ələkbərli F. Kərimovanın İ. Quliyevanın Azərbaycan Dövlət Universitetini bitirmədiyi barədə fikirlərinə də aydınlıq gətirilib: “Tutaq ki, İlhamə xanım nə orta məktəbi bitirib, nə ali təhsil alıb, nə də musiqi savadı var. Flora xanımı narahat edən nədir? İlhamə xanım Tükəzban İsmayılova, Həbib Bayramov kimi sənətkarlardan dərs alıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR