Bank Of Baku

Azərbaycan təmsilçisi beynəlxalq gözəllik müsabiqəsində iştirak edəcək

Azərbaycan təmsilçisi beynəlxalq gözəllik müsabiqəsində iştirak edəcək
# 11 avqust 2008 11:55 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Azərbaycan təmsilçisi sentyabrda Afrikada keçiriləcək iki gözəllik müsabiqəsində iştirak edəcək. Bu barədə APA-ya Azərbaycan Modalar Assosiasiyasının prezidenti Zamir Hüseynov məlumat verib. O, bu gözəlin seçimi üçün artıq kastinqlərə başlandığını bildirib: ““Miss Turizm Milenium” və “Miss Safari” beynəlxalq gözəllik müsabiqəsinin qaliblərini yüksək mükafat gözləyir. Müsabiqədə iştirak etmək istəyənlər arasında keçirilən seçim mərhələsinin qalibi Azərbaycanı yarışmada təmsil edəcək. Qadının hündürboy olması vacib şərt deyil, əsas odur ki, biz münasib namizəd tapaq. Onu iki həftə ərzində müsabiqənin şərtlərinə uyğun hazırlaşdıracağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR