Bank Of Baku

Brilliant Dadaşovanın Türkiyədə işıq üzü görən yeni diskinin təqdimatı olub

Brilliant Dadaşovanın Türkiyədə işıq üzü görən yeni diskinin təqdimatı olub
# 12 avqust 2008 13:49 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Azərbaycanın əməkdar artisti Brilliant Dadaşovanın Türkiyədə işıq üzü görən “Masal dünyam” adlı diskinin təqdimatı olub. APA-nın məlumatına görə, diskdə müğənninin Azərbaycan və türk dilində 20-yə yaxın mahnısı və fotoalbom yerləşdirilib. Diskin Türkiyədə artıq satışda olduğunu deyən müğənni satışın Azərbaycanda gecikməsini piratçılıqla əlaqələndirib: “Türkiyədə belə bir fikir var ki, Azərbaycan bazarında piratçılıq geniş yayılıb. Bu səbəbdən disklərin Azərbaycana gətirilməsinə razı deyildilər. Disklərin pirat nüsxələrin çıxarılmasının qarşısını almaq üçün artıq Azərbaycan Müəllif Hüquqları Agentliyinə və Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişik”. B. Dadaşova diskinin Türkiyədə 11-12 ABŞ dolları, Azərbaycanda isə 9 ABŞ dollarından baha olmamaq şərti ilə satışına razılıq verib: “Bu satış qazanc məqsədi daşımır. Mən qəsdən qiymətlərin nisbətən ucuz olmasını istəmişəm ki, pirat məhsulları almağa ehtiyac qalmasın”. Müğənni Türkiyədə işıq üzü görən bu disklə məqsədinin Azərbaycan musiqisini təbliğ etmək olduğunu bildirib: “Türkiyə şou-biznesinə qatılmaq haqqında təklifi düşünərəm. Mən sənətçiyəm, amma irəli sürülən şərtlər bizə uyğun olmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR