Bank Of Baku

Zülfiyyə Xanbabayeva daha bir uşaq mahnısı ifa etməyə hazırlaşır

Zülfiyyə Xanbabayeva daha bir uşaq mahnısı ifa etməyə hazırlaşır
# 12 avqust 2008 14:09 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. “İki ilə yaxın efirdən, mətbuatdan kənar olmağım xüsusi məqsədlə, qəsdən təşkil olunmayıb. Bu, qızımın dünyaya gəlişi ilə əlaqədardır, özümü bütünlüklə ona həsr etmişdim. Həm də axı, mən nə vaxt bütün günü efirdə, mətbuat səhifələrində olmuşam ki? Ümumiyyətlə, fasilə verməyi xoşlayıram və mənim pərəstişkarlarım artıq buna alışıb”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın əməkdar artisti Zülfiyyə Xanbabayeva deyib. O, qızına həsr etdiyi “Dəniz” adlı albom hazırladığını bildirib: “Nəinki bu albom, ümumiyyətlə, bu gündən sonra həyatımda, yaradıcılığımda baş verən yeniliklərin, uğurların hamısı Dənizə həsr olunur. Hazırda yeni mahnılarım üzərində işləyirəm. Mənim bütün həyatım Dənizə aiddir. Uşaqlar üçün artıq mahnı oxumuşam, indi daha bir uşaq mahnısı ifa etməyə hazırlaşıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR