Bank Of Baku

“Mister İnternation - 2008”də Azərbaycanın ilk təmsilçisini müəyyənləşdirmək üçün kastinqlər başlayıb

“Mister İnternation - 2008”də Azərbaycanın ilk təmsilçisini müəyyənləşdirmək üçün kastinqlər başlayıb
# 14 avqust 2008 12:44 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Sentyabrın 20-28-də Tayvanda kişilər arasında “Mister İnternation - 2008” beynəlxalq müsabiqəsi keçiriləcək. Bu müsabiqədə ilk dəfə olaraq Azərbaycan da təmsil olunacaq. Azərbaycan təmsilçisini müəyyənləşdirmək üçün artıq kastinqlər başlayıb. Azərbaycan Moda Assosiasiyasının rəhbəri Zamir Hüseynovun APA-ya verdiyi məlumata görə, bu məqsədlə müraciət edənlərin çoxdur: “Ancaq müraciət edənlərin əksəriyyətinin boyu qısadır. Biz isə bu müsabiqəyə boyu 180 santimetrdən hündür təmsilçi göndərmək istəyirik ki, qalib gəlmək şansı yüksək olsun. Təəssüf ki, bizim cəmiyyətdə model biznesi haqqında təsəvvürlər məhduddur”.

Müsabiqəyə dünyanın 42 ölkəsinin təmsilçisinin qatılacağını deyən Z. Hüseynov qeyd edib ki, qalibi xarici ölkələrdə uğurlu müqavilələr gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR