Bank Of Baku

Azərbaycanın xalq artisti İlhamə Quliyeva imicini dəyişib

Azərbaycanın xalq artisti İlhamə Quliyeva imicini dəyişib
# 15 avqust 2008 13:13 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Azərbaycanın xalq artisti İlhamə Quliyeva doğum günü ərəfəsində imicini dəyişib. O, sabahdan tamaşaçıları ilə yeni saç düzümü, geyim və makiyajda görüşəcək. Müğənninin mətbuat katibi Faiq Ələkbərli APA-ya bildirib ki, Münhendə təzələdiyi qarderobuna 50 min manat xərcləyən müğənni yeni saç düzümünü və makiyajını bakılı ustalara etibar edib: “İlhamə xanım ad gününü bu dəfə təmtəraqsız keçirəcək. O, avqustun 17-də qurulan xırda məclisi də anası Tükəzban xanımın xatirəsinə həsr edəcək. Avqustun sonu isə İlhamə xanım Sankt-Peterburqda böyük konsert proqramı ilə çıxış etməyə hazırlaşır”.


İ. Quliyeva tamaşaçılar üçün yeni mahnı da hazırlayıb. Cəlal Qurbanovun sözlərinə Gövhər Həsənzadənin bəstələdiyi ritmik mahnı avqustun 18-dən efirdə yayımlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR