Bank Of Baku

“Eurovision Dance-2008” yarışmasında Azərbaycan təmsilçilərinin nümayiş etdirəcəyi rəqs nömrəsinə klip çəkilib

“Eurovision Dance-2008” yarışmasında Azərbaycan təmsilçilərinin nümayiş etdirəcəyi rəqs nömrəsinə klip çəkilib
# 18 avqust 2008 09:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Sentyabrın 6-da Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək “Eurovision Dance-2008” yarışmasında ölkəmizi təmsil edəcək rəqqaslar Eldar Cəfərov və Anna Sajinanın nümayiş etdirəcəyi rəqs nömrəsi artıq hazıdır. Bu barədə APA-ya məlumat verən “Eurovision” müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli deyib ki, yarışmada yerli təmsilçilərin ifasında Latın Amerikası rəqsi nümayiş etdiriləcək. Həmin rəqs nömrəsində milli elementlərdən də istifadə olunduğunu bildirən A. Kərimli, bu nömrəyə artıq klip çəkildiyini də qeyd edib. Onun sözlərinə görə, Ukraynada çəkilişləri aparılan klip yaxın vaxtlarda efirlərdə nümayiş olunacaq. Klipin ukraynları rejissorlar tərəfindən çəkildiyini də vurğulayan A. Kərimli, hazırda təmsilçilərin ciddi-cəhdlə yarışmaya hazırlaşdıqlarını bildirib.

Qeyd edək ki, “Eurovision Dance-2008” yarışmasında 15 ölkə iştirak edəcək. Yarışmanın qalibi həm müsabiqənin münsiflər heyəti, həm də səsvermə yolu ilə təyin olunacaq. Səsvermənin 25 faizi münsilər heyətinin payına düşür. Azərbaycan tamaşaçılarının hansı nömrə altında səs verəcəkləri isə yaxın günlərdə məlum olacaq. Nümayəndə heyətinin rəhbərinin bildirdiyinə görə, sentyabrın 1-də təmsilçilər və nümayəndə heyəti yarışmanın keçiriləcəyi şəhərə gedəcək və məşqlərə başlayacaqlar. “Eurovision-2009” musiqi yarışmasının seçim turlarına sentyabrın ortlarında başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR