Bank Of Baku

“Min bir gecə” serialının qəhrəmanlarının Azərbaycana səfərinin ləngiməsinin səbəbləri məlum olub

“Min bir gecə” serialının qəhrəmanlarının Azərbaycana səfərinin ləngiməsinin səbəbləri məlum olub
# 18 avqust 2008 15:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Min bir gecə” serialının əsas qəhrəmanları Şəhrizad (Bergüzar Korel), Onur (Xalid Ərgənc) və Kərəmin (Tardu Flord)un Azərbaycana gəlişi ləngiyir. Müğənni Aybəniz Haşımovanın dəvəti ilə ölkəmizə təşrif buyuracaq aktyorların səfərinin nə zaman baş tutacağı hələ məlum deyil. A. Haşımova APA-ya deyib ki, aktyorlar bir həftə olmasa da, iki gün müddətinə onun qonağı olacaqlar: “Mən onları qızımın arzusu ilə dəvət etmişəm. Nə zaman alınacaq, deyə bilmərəm, ancaq bilirəm ki, bu olacaq. Əvvəlcə onların bir həftə müddətində Azərbaycanda qalacaqları qərarlaşdırımışdı. İndi isə vəziyyət bir az dəyişib”.

A. Haşımova aktyorların səfərinin Türkiyədə yaşayan aktrisa Məlahət Abbasovanın köməkliyi ilə gerçəkləşəciyini bildirib: “Məlahət özü dedi ki, Türkiyəyə qayıtdıqdan sonra bu işi qaydasına qoyacaq. Gözləyək, görək nə olur. Biz onları, sadəcə, böyük məhəbbət bəslədiyimiz üçün buraya qonaq dəvət etmişik. Razılaşsalar, onların mətbuat nümayəndələri ilə də görüşünü təşkil edəcəyik. Artıq “Min bir gecə” serialın çəkilişlərinin davamına start verilib. Gözləyək, görək bizim bu istəyimiz nə zaman reallaşacaq”.

Adının çəkilməsinin istəməyən mənbə isə APA-ya aktyorların Azərbaycana səfərinin ləngiməsinə Şəhrizad rolunu canlandıran Bergüzar Korelin bir neçə azərbaycanlı tərəfindən toya dəvət almasının səbəb olduğunu bildirib. Hətta aktrisaya qonorar da təklif olunub. Lakin bu təklifdən qəzəblənən aktrisa “Məgər mən müğənniyəm” deyərək, Azərbaycan səfəri haqqında bir daha düşünəcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR