Bank Of Baku

“Şeron” qrupunun rəhbəri Ülvi Cəfərov ailə qurur

“Şeron” qrupunun rəhbəri Ülvi Cəfərov ailə qurur
# 19 avqust 2008 15:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Şeron” qrupunun rəhbəri Ülvi Cəfərov ailə qurmağa hazırlaşır. Ü. Cəfərov APA-ya bildirilib ki, artıq qız toyunun vaxtı da məlumdur. Toy avqustun 25-nə təyin olunub. Səbəbkarın sözlərinə görə, Ramazan ayı sentyabra düşdüyündən oğlan toyu bir qədər ləngiyəcək: “Oğlan toyunu oktyabra planlaşdırırıq. Toyuma bütün sənət dostlarımı dəvət edəcəyəm. Qız toyunda isə ancaq qohumlarımız və yaxınlarımız iştirak edəcək”.
Onu da əlavə edək ki, toy mərasimini Ülvinin rəhbərlik etdiyi “Şeron” qrupu idarə edəcək. Ülvi bəy olduğu üçün toyu qrupun digər üzvləri Məlikməmməd Hacıyev və Sənan Əliyev aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR