Bank Of Baku

Kənan M.M və Aygün Şükürovanın toyu olub

Kənan M.M və Aygün Şükürovanın toyu olub
# 26 avqust 2008 08:17 (UTC +04:00)
Nikah məmurunun “Ailə qurmaq barədə ətraflı düşünmüsünüzmü” sualına Aygün Şükürova “Çox, çox düşünmüşəm” cavabını deyib. Sonra hər iki cütlük ailə qurmağa razı olduğunu bildirib. Sonra nikah məmuru nikahın bağlandığını sübut edən vəsiqəni Kənan M.M-ə təqdim edib. Nikah mərasimindən sonra bəy və gəlin ailə həyatlarının şirin olması üçün bal yeyiblər. Ər və arvad elan edilən Kənan və Aygün ilk sevgi rəqsini ifa ediblər.

A. Şükürova ağ gəlinlik libasında olsa da, Kənan qız toyundakı geyimində olub. Toyun aparıcı müğənniliyik missiyasını gənc müğənni Zamiq, tamadalığı isə aparıcı İlkin Həsəni öz öhdəsinə götürüb.
Mərasimin əvvəlində ad-ənənəyə uyğun olaraq bəylə gəlinin valideynləri yeni evlənənlərə xeyir-dua veriblər. Toy mərasimində qonaq qismində Firəngiz Mütəllimova, Vəfa Zeynalova, Nailə Mirməmmədli, Vüqar Camalzadə, Fuad Əlişov, İlqar Muradov, Nadir Qafarzadə, Sabir Əhmədov, Samir Piriyev, Rüstəm Zeynallının rəhbərlik etdiyi “Şeron” qrupu, Elçin Hüseynov və başqaları iştirak ediblər. Mərasimdə Kənan M.M və Aygün Şükürovaya onların İstanbuldakı tanışlıqlarını və sevgi münasibətlərini əks etdirən video-rolik də hədiyyə olunub.

Qeyd edək ki, Kənan və Aygün bal ayını İstanbulda keçirməyi qərara alıblar. Cütlük bal ayına sentyabrda gedəcək.

Onu da əlavə edək ki, “Azəri Star” yarışmasının təşkilatçısı Kamal Cenk İçten jurnalistlərə Kənanla Aygün Şükürovanın İstanbula onun vasitəsilə tanış olduqlarını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR