Anar Nağılbaz bir vaxtlar narkoman olduğunu etiraf edib
- Bu müddət ərzində həyatda özümü axtarırdım. Əvvəllər, yəni daha gənc yaşlarımda bir çox eksprementlərdən, sınaqlardan keçmək istəmişəm. İndi isə bu cür böyük sınaqlara getmirəm. Yaradıcı insan olmaqla yanaşı mənim fəhlə, şofer işlədiyim vaxtlar olub. Eyni zamanda kiçik bizneslə də məşğul olmuşam, hətta yaradıcılıq studiyalarım da olub. Ancaq yenə də axtarışdayam. Hazırda da bir neçə yeni işlərlə məşğulam, inşallah əsas məqsədim haqqa doğru getməkdir.
- Səhnədə görünməməyinizi səhhətinizdəki problemlərlə əlaqələndirənlər də vardı...
- Hər bir insanın başına min cür hadisələr gələ bilər. Ümumiyyətlə, indiki dövrdəki sınaqlar çox zaman ölkənin iqtisadi tərəfdən zəif təmin olunmuş insanlarının başında çatlayır. Bu, bizdən də yan keçməyib və bütün bu proseslər bizim cavanlıq dövrümüzə təsadüf edib. Bir tərəfdən xoşbəxtəm ki, bütün bu sınaqları gənclik dövründə yaşamışam. İnsan yaşa dolduqca mövzu da tükənir. Görünməməyimin səbəbi isə depressiyaya düşməyimlə əlaqədar olub. Depressiya təkcə yaradıcılığımla bağlı olmayıb, həm də böyük işlər görmək istəmişəm və bu işlərin çoxu alınmayıb. Bir sözlə, ruh düşkünlükləri yaşamışam. Bir neçə studiyalarım olub. Yaratmışam və həmin studiyalarda bəzilərinə təmənnasız olaraq albomlar çıxarılıb. Elşad Xose və Hüseyn Dəryanın da albomları bu studiyalarda təmənnasız yazılıb. İnsanların çoxu bilmir ki, sonradan həmin repçilər reklam xətrinə albomlarının Moskvada hazırlandığını deyiblər.
- Depressiyaya düşməyinizin səbəbi nə idi?
- Bilirsiniz, insanı depressiyaya salan ilk növbədə onun ətrafındakı pis yoldaşları olur. Onlardan namərdlik gördükdə bu vəziyyət yaşanır. Bir gün özünün, bir gün atasının, bir gün uşağının sağlığına içirsən, bir də görürsən ki, artıq əyyaş olubsan. Bütün bunlar gəncliyin şıltaqlıqlarıdır. Tək Azərbaycanda yox, bütün dünyada kişilərinin 80 faizi gənclik dövrlərində heç olmasa bir-iki dəfə bu yolu keçirlər. Sadəcə, bu yolu tutub getmək lazım deyil. Gərək hər bir kişi öz ailəsini və işlərini öndə tutsun. 2005-ci ildə depressiyaya düşdüyüm anlar olub. 2006-cı ldə sağaldıqdan, reabilitasiya keçdikdən sonra xarici dövlətlərə üz tutmuşam və orada yaşamışam. Fəxr etməsəm də, mən bu reallıqla razılaşıram və bu gün özümdə qüvvət tapıb Allahın dərgahına gəlmişəm.
- Deyirlər ki, rep və meyxana ustaları narkotik maddə qəbul etmədən yazıb-yarada bilmirlər...
- Hal dediyiniz iş müxtəlif cür olur. Həm içkidən, həm nəşədən. Bu, bizim yazılmamış tariximizdir. Qədim zamanlarda belə Azərbaycanda tiryək də, nəşə də olub. Əlbəttə, bütün şairlər, insanlar olmasa da, bir qisim insanlar bu işlərlə məşğul olurlar. Şairlər də bu cəmiyyətin bir üzvüdür. Bu hal dediyiniz məqam insana müəyyən dərəcədə, qısa müddətə enerji verir. Sonra insanın olan-qalan bütün enerjisini alır, insanı yerə çırpır və bataqlığa salır. Əslində güclü əsərlər ayıq başla yazılan əsərlərdir. Cəmiyyətdə sağlam düşüncəni təbliğ etmək lazımdır.
- Sizin narkoman olduğunuz barədə deyilənlər nə dərəcədə doğrudur?
- Mən öz keçmişimdən qaçmıram. Bu, həyatımın qısa bir anıdır. İnsan həyatda hər bir iş görə bilər. İnsan bataqlığa da düşər, yüksəyə də qalxar. İnsan yuxarıda olanda gərək çox qanadlanmasın, bataqlığa düşəndə isə, gərək çox sınmasın. Sadəcə insan özündə qüvvət tapıb irəli getməyi bacarmalıdır.
- Elşad Xose ilə aranızdakı qalmaqalların arxasında reklam olunmaq məqsədi dayanmır ki?
- Qətiyyən belə deyil. Hətta xarici ölkələrdə də tanınmış simaların qalmaqalları düzülüb-qoşulmuş bir şey olur. Bu da müəyyən bir müddət üçün nəzərdə tutulmuş proyektlərdir. Bundan da böyük reklam əldə edirlər. Hüseyn Dərya ilə Elşad Xose arasındakı məşhur qalmaqal da məhz mənim səsyazma studiyamda hazırlanmış bir proyekt idi. Sonra daha çox şişdi. Bu gün Elşadla münasibətlərimizə gələndə, bu heç də reklam məqsədi daşımır. Bizim onunla münasibətlərimiz çox yaxşı olub. Elşad məndən dörd yaş kiçikdir. Ancaq söhbət yaş məsələsində də deyil. Mən incəsənət aləminə daha tez gəlmişəm. Eşitdiyimə görə, Elşad da Şən və Hazırcavablar Klubunda hansısa işlərlə məşğul olub. Onunla 1999-cu ildə tanış olmuşuq, eksperiment olaraq duet hazırlamışıq. Sonra onunla birgə albom hazırlamaq qərarına gəldik. Təəssüf ki, tamaşaçılar hələ də onun əsl simasını tanımırlar. Mən sadəcə onu xalqa tanıtmaq istəyirəm. Biz bu zamana kimi onun bütün hərəkətlərinə göz yummuşuq. İnanın ki, tək mən yox, mənim kimi yüzlərlə insan onun əlindən təngə gəlib. Şəhərin yarısı ondan gileylidir. Bu adam evindən çıxanda da sağ-soluna ehtiyatla baxır ki, birdən onu tinlərdə tutarlar. Hətta öz məhəlləsindəki taksi şoferləri də onu axtarırlar. Mən bu dərəcədə etinasız bir insan görməmişəm. Buna görə məcbur olub onun haqqında bildiklərimdən bir qismini dilimə gətirmişəm. Bu adam gərək düzəlsin, bunun başqa yolu yoxdur. Sözün düzü, bu adam düzələnə oxşamır. Sadəcə olaraq o, itmiş və qorxaq bir insandır.
- Hər zaman da özünüzü Azərbaycanda repin yaradıcısı adlandırırsınız. Repi Azərbaycan gətirdiyiniz üçün peşiman deyilsiniz ki?
- 1988-ci ildə müharibə ilə əlaqədar konsertlərə, musiqiyə ümumiyyətlə maraq azalmışdı. Hətta şeir dinləyənlərin də sayı az idi. Rep mənim üçün şeirlərimi və fikirlərimi tamaşaçılarla bölüşmək üçün bir vasitə oldu. Əlbəttə, mən əvvəl repə bir vasitə kimi baxmışam. Rep janrında oxuduğuma peşman deyiləm. Mən olmasaydım da, bu başqa biri bu janrda oxuyacaqdı. Konkret repin bu günkü vəziyyətinə gəldikdə isə, bu gün də çox istedadlı repçilər var. Onlar Azərbaycan repini çox gözəl səviyyədə təbliğ edə bilərlər. Mən uzun müddət rep birliyi yaratmaq və bütün repçiləri ətrafıma yığmaq istəmişəm. Elşad Xosenin ucbatından biz bu birliyi yarada bilmədik.
- “Dəyirman” qrupu necə, bu birliyiə razılığını veribmi?
- Hə, “Dəyirman” razılığını verib. Ancaq Elşadın təsirinə düşən bir qisim repçilər bu birliyin yaranmasına razılıq vermədilər. Birliyin bütün sənədləri, hətta studiyası belə hazır idi. Ancaq bu layihədən vaz keçmək fikrim yoxdur, bəlkə bu layihə alındı.
- Atanız Rizvan Cəbiyev Sizə tutduğunuz yolda dəstək olubmu?
- Atamla fəxr edirəm. Atam əməkdar jurnalistdir, son dövrlər türkçülük mövzusunda araşdırmalara həsr edilmiş kitablarla məşğuldur. Mən onun qələminə baxıb satiranı, dostlarına baxıb şeirləri öyrənmişəm. Atam bir az köhnə fikirlərə söykənən insandır. O, mənim yaradıcılığımı çox zaman bəyənmir. Sözün düzü, mənim cəmiyyətin problemlərini əks etdirən ifalarıma qol qoymur. Əvvəllər mənim sənətimə görə daha çox problemlər olurdusa, artıq belə deyil. Artıq qəbul olunuram, yəni fikirlərimiz dəyişib. Fikrimcə hər ikimiz bu müddətdə düşüncələrimizdə dəyişmişik. İkimizdə bir-birimizi dəyişmişik, çünki atam müasir dövrlə ayaqlaşmağı bacarsa da, çox şeyləri yenə də bəyənmir, qəbul etmir. Amma bunlar da müasir cəmiyyətin qanunauyğunluqlarıdır və mütləq olmalıdır. Bəlkə bu baxımdan mən onu dəyişmişəm.
- Rizvan Cəbiyevlə Anar Nağılbazın dünyagörüşü və düşüncə tərzi çoxmu fərqlənir?
- Bu sual mənə bir neçə il əvvəl verilsəydi, tamamilə əks insanlar olduğumuzu deyərdim. O insan sözün əsl mənasında ağsaqqal adına layiq bir insandır. Bu gün isə düşünürəm ki, ondan daha çox öyrənməyə dəyər. O zaman öyrənmədiklərimi bu gün öyrənməyə çalışıram. Mən bir neçə il Birləşmiş Ştatlarda, Londonda yaşayıb, təhsil almışam. Elə şeylər var ki, onları vaxtında eləmək lazımdır.
- Bəs, ən uğurlu duetiniz kiminlə olub?
- Bu gün Elza Seyidcahanla deutlərimi ən uğurlu hesab edirəm. Hələ onunla bir neçə yazılmamış mahnılarımız da var.
- Sirr deyilsə, qazancınızın mənbəyini açıqlaya bilərsinizmi?
- Bu gün qazancımız yüksək səviyyədə deyil, ancaq gileyli də deyiləm. Əsas odur ki, hörmətimizi və əqidəmizi itirməyək. Bu cəmiyyətdə alnıaçıq olduqdan sonra çörək qazanmaq çətin deyil. Hər bir insan istəyər ki, onun gözəl evi, bağı, maşını olsun. Biz buna can atmasaq da, bu yöndə də kasad fikirli insanlar deyilik.
- Vaxtilə Siz “Hüseyn Dəryanın repdə vaxtı çox azdır” ifadəsini işlədibsiniz...
- Bu kəlamı işlətdiyimə təəssüf edirəm. Bu gün həmin kəlamı Elşad Xose üçün işlədirəm. Artıq onun da vaxtı çox azdır. Ona görə ki, bu insan özünə, nə də ətrafındakılara hörmət etmir. Hüseyn Dərya da, Elşad Xose də çox istedadlıdır. Sadəcə olaraq istedadlarını lazımi yola yönəltməyiblər, yəni lazımi işlərlə məşğul deyillər.
- “Nağılbaz” təxəllüsünün bir tarixi varmı?
- Altı yaşım olanda Rusiya, Ukrayna və Azərbaycanda dərc olunan qəzetlərdə nağıllarım çap olunub. O vaxtlar çox məktublar alırdım və həmin məktublarda şeirlərdən daha çox nağıllarımı bəyəndiklərini yazırdılar. Süleyman Rüstəm məni “nağılçı” adlandırırdı, Məmməd Aslan ön sözündə hər zaman “Anarın nağıl dünyası” yazırdı və bütün bunlar məni “Nağılbaz” təxəllüsünü götürməyə yönləndirdi.
- Ailədə xoşbəxt olduğunuz hiss olunur...
- Bəli, ailəmdə çox xoşbəxtəm. İnşallah, yaxınlarda ata da olacağam.
- Deyəsən, ibadətlə məşğul olursunuz...
- Çox təəssüf ki, mən ibadətlə məşğul olub, sonra dayanmışam. Ancaq sentyabrdan, yəni Ramazan ayından etibarən yenidən ibadətə başlayacağam. Eyni zamanda bu il üçün Məşhəd və Həcc ziyarətinə getməyi qarşıma məqsəd qoymuşam. Allah qismət eləsin.
- Bu illər həm düşüncələrinizi, həm də həyata baxışınızı çox dəyişib...
- İllərdən başqa insandan da çox şey asılıdır. İnsanlar var ki, 50-100 il yaşayır, ancaq heç zaman dəyişmir. Həmin insan keçmişdə etdiyi səhvləri yenə də edir. İnsan da var ki, kiçik bir zaman kəsiyində özünü dəfələrlə sınayır və keçmiş səhvlərini etməməyə çalışır. İllər məni yaxşılığa doğru çox dəyişdirib.
- İfa etdiyiniz mahnılarda janr dəyişikliyi də etmisiniz. Bunlar arasında toylarda ifası mümkün olan mahnılar da az deyil.
- Bu da Elza Seyidcahanın qeyri-adi bəstəçi olmasından irəli gəlir. Bu xanımı Azərbaycan estradasının şah qızı adlandırsam, yəqin ki, yanılmaram. Əvvəllər ancaq dost və tanış toylarında qonaq kimi olardım. İndi qoşulmuşam Elza xanıma, onunla birgə şou-proqramlara getmək fikrimiz var. Bu yaxınlarda bir neçə şanson mahnılarım da olacaq. Şanson mahnılar əsasən toylarda səslənən mahnılardır. Yaşımın çox olmasına baxmayaraq, çalışıram ki, daha böyük layihələrə imza atım. Deyilənlərə görə, Elza Seyidcahanla səsimiz də bir-birini tamamlayır. İkimizin yeni albomu da çıxacaq və birgə konsert verməyi planlaşdırırıq.
- Deyəsən, toylara getməyi də düşünürsünüz?
- İndi belədir də, nə edək. Qəbul etməliyik ki, bu gün xalq üçün şou yaratmaq, xalqın ürəyinə girmək çox çətindir. Xalqın ürəyinə yol tapmaq üçün onların xoşuna gələn janrlara üz tutmağı məqsədəuyğun hesab etmişik. Dərviş, diskoteka, pop üslubunda da yeni mahnılarımız olacaq.
- Bir sözlə, Anar Nağılbaz şou-biznesə qatılır...
- Bəli, niyyətim budur. Ümidvaramn ki, bu dəfəki addımım daha uzunömürlü olacaq.
Şou-biznes
Xəbər Lenti
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib
AZAL yerli pilot hazırlığını genişləndirəcək, təlimatçıların sayı artırılacaq