Bank Of Baku

Ayaz Qasımov “Almalarınla” mahnısını “Eurovision”da oxumaq istəyir

Ayaz Qasımov “Almalarınla” mahnısını “Eurovision”da oxumaq istəyir
# 28 avqust 2008 14:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Gənc müğənni Ayaz Qasımov uzun müddət tənqid atəşinə tutulan “Almalarınla” mahnısını “Eurovision”un seçim turunda oxumaq fikrindədir. A. Qasımov APA-ya bildirib ki, bu yarışmanın seçim turuna dəvət olunsa, məhz “Almalarınla” mahnısını ifa edəcək: “Bu mahnı tam olaraq “Eurovision” formatındadır. Müsabiqənin seçim turuna dəvət olunsam, “Eurovision” üçün bu mahnının ingilis versiyasını hazırlayacağam. Ancaq ingilis versiyasında sözlərə bir az dəyişiklik olacaq. Mahnıdakı “Almalarınla” sözü başqa sözlə əvəz olunacaq”.

A. Qasımov onu da bildirib ki, bu mahnı ətrafında yaranan qalmaqal onu qətiyyən narahat etmir və sözlərdə dəyişiklik istəyi də bununla əlaqədar deyil: “Əgər bunlardan narahat olsaydım, mahnıya klip çəkdirməzdim. Onu da deyim ki, bu mahnıya çəkilən klipim sentyabrın ilk həftəsində tamaşaçıların ixtiyarına veriləcək. Elə həmin tədbirdə yeni albomumu da təqdim edəcəyəm. Albomun adı isə hamı üçün sürpriz olacaq”.

Sənətçi yeni albom və klipinin təqdimatından sonra solo konsert hazırlıqlarına başlayacağını da açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR