Bank Of Baku

Mahsun Qırmızıgül, Kibariyə, İsmayıl YK, İzzət Yıldızxan, Devrim Erden və Özcan Dəniz Yaşıl Teatrda konsert verəcək

Mahsun Qırmızıgül, Kibariyə, İsmayıl YK, İzzət Yıldızxan, Devrim Erden və Özcan Dəniz Yaşıl Teatrda konsert verəcək
# 29 avqust 2008 11:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Sentyabrın 14-dən 21-dək Bakıda ilk dəfə olaraq Türkiyə müğənnilərinin iştirakı ilə “2008-ci il - Payız festivalı” keçiriləcək. Festival Yaşıl Teatr Bakı Konsert Kompleksində baş tutacaq.

Yaşıl Teatrdan APA-ya bildirilib ki, festivalın ilk günündə - sentyabrın 14-də Mahsun Qırmızıgül, 17-də Kibariyə, 18-də İsmayıl YK, 20-də İzzət Yıldızxan və Devrim Erden, 21-də isə Özcan Dəniz konsert proqramı ilə çıxış edəcəklər. Festival Yaşıl Teatr və “Azəri star” yarışmasının təşkilatçısı kimi tanınan Kamal Ceng İçtenin təşkilatçılığı ilə keçiriləcək.

Festivala informasiya dəstəyi verən KİV-lər arasında APA da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR