Bank Of Baku

Türkiyədə keçiriləcək “Türkü söylə” yarışmasında iştirak üçün Azərbaycanda sənəd qebulu başa çatıb

Türkiyədə keçiriləcək “Türkü söylə” yarışmasında iştirak üçün Azərbaycanda sənəd qebulu başa çatıb
# 29 avqust 2008 14:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Türkiyədə keçiriləcək “Türkü söylə” yarışmasında iştirak üçün sənəd verənlər arasında “Azəri star” yarışmasının iştirakçıları olmuş İlahə Cəfərova, Elmir Qəhrəmanov və Qismət Məmmədzadə də var. Bu barədə APA-ya məlumat verən “Azəri Star” yarışmasının təşkilatçısı Kamal Ceng İçten deyib ki, bu müsabiqə Türkiyənin TRT kanalı ilə canlı yayımlanacaq. K.C.İçtenin sözlərinə görə, müsabiqənin milli seçim turları sentyabrın 16-da başa çatacaq və bu müsabiqədə iştirak üçün azərbaycanın istedadlı gəncləri müsabiqəyə sənədlərini veriblər: “Biz bu üç iştirakçının namizədəliyini irəli sürmüşük. Artıq seçim üçün sənəd qəbulunu başa çatdırılıb və sentyabrın əvvəllərində TRT təmsilçiləri Bakıya gələrək tam dəqiqliklə iştirakçıların adını açıqlayacaqlar”.
K.C.İçten deyib ki, “Türkü söylə” müsabiqəsində Almaniya, Belçika, Bosnya və Hersoqavina və digər ölkələrdən sənətçilər də təmsil olunacaqlar. Müsabiqə iştirakçıları əsasən xalq mahnıları ilə çıxış edəcəklər. Oktyabrdan etibarən isə artıq müsabiqə canlı olaraq yayımlanacaq. K. C. İşten müsabiqənin münsiflər heyətində çox tanınmış simaların təmsil olunacağını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR