Bank Of Baku

“Best model of the world-2007” yarışmasının qalibi Rüstəm Cəbrayılov Türkiyədə filmə çəkiləcək

“Best model of the world-2007” yarışmasının qalibi Rüstəm Cəbrayılov Türkiyədə filmə çəkiləcək
# 01 sentyabr 2008 08:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Best model of the world-2007” yarışmasının qalibi olmuş azərbaycanlı model Rüstəm Cəbrayılov Türkiyədə filmə çəkiləcək. Bu barədə APA-ya məlumat verən Rüstəm Cəbrayılov bildirib ki, bununla əlaqədar olaraq yaxın vaxtlarda Türkiyəyə gedəcək: “Təxminən ay yarım əvvəl Türkiyədə oldum. Bir ay ərzində rejissorlar, "Asmalı konaq" filmini çəkən şirkət rəhbərləri ilə görüşdük. Türkiyənin bir nömrəli film rejissoru olan İlker İnanoğlunun dəvəti ilə sınaq çəkilişlərim oldu. Mənə uyğun rol olan kimi filmə dəvət ediblər”.
R. Cəbrayılov “Best model of Azerbaijan-2006” yarışmasına Aygün Kazımovanın rəhbərlik etdiyini xatırladaraq deyib ki, 2006-cı ildə bu yarışmanın vəziyyəti tamam fərqli olub: “Biz seçildik, ancaq sonra göndərmədilər. 2006-cı ildəki rəhbər öz sənətinə daha çox vaxt ayırsa, daha yaxşı olar. Bilirsiniz ki, bu il yarışmaya Ruhi rəhbərlik edir. Ruhinin sənəti modelyerlikdi. Məncə, onun seçilməsi elə ən gözəl variantdır. Düşünürəm ki, bu ilki "Best model of the Azerbaijan" çox yaxşı keçəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR