Bank Of Baku

Azərbaycanın əməkdar artisti Amerikanın məşhur ulduzlarından biri ilə duet oxuyacaq

Azərbaycanın əməkdar artisti Amerikanın məşhur ulduzlarından biri ilə duet oxuyacaq
# 02 sentyabr 2008 08:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın əməkdar artisti Bilal Əliyev Amerikanın məşhur ulduzlarından biri ilə duet oxuyacaq. Bu barədə APA-ya məlumat verən sənətçi bildirib ki, artıq bu layihə ilə bağlı müqavilə də imzalanıb.

Onun sözlərinə görə, müqavilənin şərtinə uyğun olaraq duet ortağının adı gizli saxlanılmalıdır: “Amerikada olan zaman layihə ilə əlaqədar pop ulduzla görüşümüz oldu. Yalnız onu deyə bilərəm ki, layihədə replə muğamı sintez edəcəyik. Muğam hissəsi mənə, rep isə Amerikanın tanınmış ulduzuna həvalə olunub”.

Bu layihənin maraqlı alınacağına ümid edən Bilal Əliyev, təklifin amerikalı ulduz tərəfindən gəldiyini deyib. Müqaviləyə əsasən, bir il ərzində Amerikada yaşayacağını vurğulayan sənətçi, layihə müqabilində ona külli miqdarda qonorar da təklif edildiyini etiraf edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR