Bank Of Baku

Sabah “Eurovision Dance-2008” yarışmasında azərbaycanlı rəqqaslar da çıxış edəcəklər

Sabah “Eurovision Dance-2008” yarışmasında azərbaycanlı rəqqaslar da çıxış edəcəklər
# 05 sentyabr 2008 16:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Sabah Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək “Eurovision Dance-2008” yarışması keçiriləcək. Ölkəmizi təmsil edəcək rəqqaslar Eldar Cəfərov və Anna Sajinanın nümayiş etdirəcəyi rəqs nömrəsi Ünryu Lloyd Uebberin əfsanəvi “Operanın kabusu” musiklinin əsasında hazırlanıb. İctimai Televiziya və Radio Verilişləri Şirkətinin (İTV) mətbuat xidmətinin rəhbəri Tahir Məmmədov APA-ya bildirib ki, yarışma sentyabrın 6-da canlı olaraq İTV kanalı ilə canlı yayımlanacaq. Yarışma yerli vaxtla saat 24.00-da keçiriləcək. Yaşar Baxış tərəfindən aranjiman olunan rəqs üç hissədən ibarət olacaq. T. Məmmədovun sözlərinə görə, bu yarışmada Azərbaycanla birgə 14 ölkə - Avstriya, Danimarka, Finlandiya, Yunanıstan, İrlandiya, Litva, Niderland, Polşa, Portuqaliya, Rusiya, İsveç, Ukrayna və Birləşmiş Krallıqların rəqqasları iştirak edəcək. T. Məmmədov bildirib ki, sabah Azərbaycandan Eldar və Annaya göndərilən səslər qeydə alınmayacaq. Azərbaycan tamaşaçıları yalnız digər 13 ölkəyə 8440 sms nömrəsi iıə səs verə biləcəklər. Bir sms-in qiyməti isə 50 qəpikdir. Ölkəmizi təmsil edəcək rəqqasları isə xaricdə yaşayan soydaşlarımız dəstələyə biləcəklər. Qeyd edək ki, yarışmanın şərtlərinə görə, səsvermənin 25 faizi dörd nəfərdən ibarət münsilər heyətinin payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR