Bank Of Baku

Aybəniz Haşımova: “Tərlan Eyvazovu kollektivdən çıxarmamışdım”

Aybəniz Haşımova: “Tərlan Eyvazovu kollektivdən çıxarmamışdım”
# 08 sentyabr 2008 09:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Artıq iki ilə yaxındır ki, tələbəm Tərlan Eyvazovu cəzalandırılmışdım və onu “Bülbüllər”lə birgə səhnəyə buraxmırdım. Çünki, baş verən bəzi məqamları məndən gizlətmişdi”. Bu açıqlamanı APA-ya “Bülbüllər” qrupunun rəhbəri, sənətçi Aybəniz Haşımova Aybəniz Haşımova verib. Onun sözlərinə görə, bəzi şəxslər tələbəsi, 15 yaşlı Tərlan Eyvazovu yoldan çıxartmağa çalışıblar: “Tərlan Eyvazov həmin insanların qurduğu tora düşmüşdü. Ondan soruşanda ki, bu bahalı telefon, cibindəki xeyli pul haradandır, o, yalan danışmışdı. Mən də onu səhnədən ayırmışdım, amma kollektivdən çıxarmamışdım”. O, T. Eyvazovu yenidən kollektivə qaytardığını bildirib: “O vaxt mətbuatda Tərlan Eyvazovun kollektivi tərk etməsi ilə bağlı yanlış məlumatlar yayıldı. Mən bu məlumatlara münasibət bildirmədim. Fərid Məmmədovun və qızım Aynişanın təkidi ilə Tərlanı bir daha dinləmək qərarına gəldim və onun başına gələn əhvalatlardan xəbərdar oldum. Mənə məlum oldu ki, uşağın heç bir təqsiri yoxdur və Tərlanın üzrxahlığını qəbul elədim”. A. Haşımova Tərlan Eyvazovu yoldan çıxaranların məqsədini də açıqlayıb: “Bu gün Azərbaycan məmləkətində acınacaqlı da olsa kişi adına ləkə gətirən əxlaqsızlıq baş alıb gedir. Həmin insanlar Tərlanın uşaqlığından istifadə edib, onu toylara aparmaq təklifi edirdilər. O zaman uşaqlar balaca olduğu üçün mən onların toya getməsinə icazə vermirdim. Mənim bu günə qədər Allah yolunda verdiyim nəzirlər, imam ehsanları görünür, Tərlanı bu bəladan qurtardı. Çox sevinirəm ki, əlimlə verdiyim qabağıma çıxdı. Tərlan Eyvazovu pis yola salmaq istəyənlər istəklərinə çata bilmədi, onları bu müqəddəs Ramazan ayına tapşırıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR