Bank Of Baku

Türkiyəli müğənni Azərbaycan xalqından üzr istəyib

Türkiyəli müğənni Azərbaycan xalqından üzr istəyib
# 09 sentyabr 2008 15:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Türkiyəli müğənni İzzət Yıldızxan Azərbaycan xalqından üzr istəyib. Buna səbəb sənətçinin sentyabrın 20-də Bakıda keçirilməsi nəzərdə tutulan konsertə gələ bilməməsidir. Konsertin təşkilatçılarından olan “Azəri-star production”un rəhbəri Kamal Cenk İçtən APA-ya açıqlamasında planlaşdırılmış digər konsertlərin baş tutacağına zəmanət verib. Onun sözlərinə görə, İzzət Yıldızxanın Bakı konserti təxirə salınsa da, bir müddət sonra reallaşacaq.

Xatırladaq ki, sentyabrın 14-dən 21-dək Bakıda türk müğənnilərinin iştirakı ilə “Payız festivalı-2008” layihəsi həyata keçiriləcək. Yaşıl Teatr Bakı Konsert Kompleksində təşkil olunacaq konsertlərin biletləri artıq satışdadır. Festival çərçivəsində sentyabrın 14-də Mahsun Qırmızıgül, 17-də Kibariyə, 18-də İsmayıl YK, 21-də isə Özcan Dənizin konsertlərinin keçirilməsi nəzərdə tutulur. Festivala informasiya dəstəyi verən KİV-lər arasında APA İnformasiya Agentliyi də var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR