Bank Of Baku

Röya Türkiyədə keçiriləcək “Dünya Mədəniyyət Gözəli” yarışmasının münsiflər heyətində təmsil olunacaq

Röya Türkiyədə keçiriləcək “Dünya Mədəniyyət Gözəli” yarışmasının münsiflər heyətində təmsil olunacaq
# 10 sentyabr 2008 09:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Oktyabrın 13-də Türkiyənin İstanbul şəhərində keçiriləcək “Dünya Mədəniyyət Gözəli” (“Miss Civilization of The World”) yarışmasında Azərbaycan da təmsil olunacaq. Bunu APA-ya açıqlamasında yarışmanın münsiflər heyətində təmsil olunacaq “Azeri star production”ın rəhbəri Kamal Cenk İçtən deyib. Yarışmada Azərbaycanı təmsil edəcək modelin artıq seçildiyini bildirən K. C. İçtən onun 18 yaşında olduğunu söyləyib: “Azərbaycan təmsilçisinin adı Nərmindir və tanınmamış simadır. Onu çoxsaylı modellərin arasından seçmişik. Müraciətlər çox olduğundan seçim bir az vaxt apardı”. K. C. İçtənin sözlərinə görə, Azərbaycan təmsilçisi oktyabrın 5-də Türkiyəyə gedəcək və yarışma öncəsi keçiriləcək hazırlıq mərhələsinə qatılacaq. Nərminin Azərbaycanın və Türkiyənin milli geyimlərində səhnəyə çıxacağını bildirən münsif yarışmanın məşhur “Fashion TV”də nümayiş olunacağını qeyd edib. Münsiflər heyətində azərbaycanlı sənətçi Röyanın da təmsil olunacağını vurğulayan K. C. İçtən onun repertuarındakı mahnılardan bəzilərini ifa edəcəyini açıqlayıb.

Qeyd edək ki, “Dünya Mədəniyyət Gözəli” yarışmasının münsiflər heyətində Ali Şen, Əməl Sayın, Hıncal Uluç, Sezən Cümhur Önal kimi Türkiyənin tanınmış simaları təmsil olunacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR