Bank Of Baku

“Eurovision Dance-2008” yarışmasının iştirakçısı Eldar Cəfərov: “Anna Sajinaya evlənmək təklifini şou xətrinə etməmişəm” - FOTOSESSİYA

“Eurovision Dance-2008” yarışmasının iştirakçısı Eldar Cəfərov: “Anna Sajinaya evlənmək təklifini şou xətrinə etməmişəm”  - <font color=red>FOTOSESSİYA</font>
# 11 sentyabr 2008 11:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Qlazqoda keçirilən “Eurovision Dance-2008” müsabiqəsində 5-ci yeri qazanan Azərbaycan təmsilçiləri Eldar Cəfərov və Anna Sajinanın toy mərasiminin vaxtı hələ təyin olunmayıb. APA-nın məlumatına görə, bu gün mətbuat konfransı keçirən Eldar Cəfərov bildirib ki, “Eurovision Dance” yarışmasının səhnəsində Annaya evlənmək təklifi etməsi və üzük bağışlaması şou xətrinə edilməyib: Anna Sajina isə baş verən hadisəyə hətta valideynlərinin belə hələ də inanmadığını açıqlayıb: “Bizim fikrimiz çox ciddidir. Hər halda şou xatirinə belə bir addımı heç zaman atmazdıq. İndi bütün Avropa və Azərbaycan xalqı bizim toyumuzu gözləyir və biz bunu gerçəkləşdirəcəyik. Gördüyünüz kimi, Eldarın həmin səhnədə mənə verdiyi üzük barmağımdadır”. Yarışmada 5-ci yerə layiq görülən rəqqaslar bu uğurlarını Azərbaycan xalqına həsr etdiklərini bildiriblər. Ilk dəfə olaraq belə bir uğurun qazanılmasını böyük addım kimi qiymətləndirən İctimai Televiziya və Radio Verilişləri Şirkətinin musiqi koordinatoru Leyla Əliyeva, gələcəkdə rəqqaslarımızın daha da uğur qazanacağına ümid etdiyini vurğulayıb. Onun sözlərinə görə, Ukraynada dərc olunan məqalədə Eldar və Anna yarışmanın ən romantik cütlüyü adlandırıblar. Eldar Cəfərov yarışmadan sonra bir neçə ölkədən filmə çəkilmək təklifi aldığını söyləyib. Qeyd edək ki, “Eurovision Dance-2008” yarışması ikinci dəfə keçirilib və Azərbaycan bu müsabiqədə ilk dəfə təmsil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR