Bank Of Baku

Azərbaycanı “Eurovision-2009” mahnı müsabiqəsində təmsil edəcək ifaçı yanvar ayında məlum olacaq

Azərbaycanı “Eurovision-2009” mahnı müsabiqəsində təmsil edəcək ifaçı yanvar ayında məlum olacaq
# 11 sentyabr 2008 11:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanı “Eurovision-2009” mahnı müsabiqəsində təmsil edəcək ifaçının adı gələn ilin yanvar ayında məlum olacaq. Bu barədə APA-ya İctimai Televiziya və Radio Verilişləri Şirkətinin (İTV) musiqi koordinatoru Leyla Əliyeva bildirib. L. Əliyeva “Eurovision-2009” mahnı müsabiqəsinin milli seçim turuna yaxın vaxtlarda başlanılacağını vurğulayıb: “Çox güman ki, “Eurovision-2009” mahnı müsabiqəsinin milli seçim turu bu ilki variantda həyata keçiriləcək. Təmsilçimiz bütün Azərbaycan xalqının gözü qarşısında seçiləcək. Azərbaycan təmsilçisinin şəxsən İctimai Televiziya və Radio Verilişləri Şirkəti seçə bilər. Yəni buna tam səlahiyyəti var”.
L. Əliyeva deyib ki, gələn ilki mahnı müsabiqəsinə hazırlıq işləri “Eurovision Junior”un işləri bitdikdən sonra başlanılacaq. Musiqi koordinatoru artıq bu yarışmada Azərbaycanın iştirakının təsdiqləndiyini və ümumilikdə 16 ölkənin iştirak edəcəyini qeyd edib: “Biz hələ seçim etməmişik. Başımız “Eurovision Dance” yarışmasına qarışdığı üçün artıq vaxt azlığı yaşayırıq. Çox güman ki, Azərbaycan bu yarışmada da təmsil olunacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR