Bank Of Baku

Sabah Bakıya gələcək Mahsun Qırmızıgül xüsusi tələblər irəli sürməyib

Sabah Bakıya gələcək Mahsun Qırmızıgül xüsusi tələblər irəli sürməyib
# 12 sentyabr 2008 10:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Türkiyənin tanınmış sənətçisi Mahsun Qırmızıgül sabah Bakıya gələcək. Sənətçi sentyabrın 14-də Yaşıl Tear Bakı Konsert Kompleksində konsert verəcək. Konsertin təşkilatçısı Kamal Cenk İçtən APA-ya bildirib ki, 24 nəfərlik heyətlə Bakıya gələcək M. Qırımızıgül bir çox müğənnilər kimi xüsusi sifarişlər verməyib və tələblər irəli sürməyib. Konsertin səhəri günü sənətçi Türkiyəyə qayıdacaq və yeni serialın çəkilişlərində iştirak edəcək. Konsertin yüksək səviyyədə təşkil olunduğunu vurğulayan təşkilatçı Mahsunun bakılı tamaşaçılar üçün bir sıra sürprizlər hazırladığını söyləyib.

Xatırladaq ki, sentyabrın 14-dən 21-dək Bakıda ilk dəfə olaraq türk müğənnilərinin iştirakı ilə “Payız festivalı-2008” keçiriləcək. Yaşıl Teatr Bakı Konsert Kompleksində baş tutacaq konsertlərin biletləri Yaşıl Teatrda, Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında və Mərkəzi Univermaqda satılır. Mahsun Qırmızıgül (14 sentyabr), İsmayıl YK (18 sentyabr) və Özcan Dənizin (21 sentyabr) konsertlərinə biletlərin qiyməti 60-220 manat, Kibariyənin (17 sentyabr) konsertinə biletlərin qiyməti isə 50-170 manat arasındadır.

Qeyd edək ki, festivala informasiya dəstəyi verən KİV-lər arasında APA İnformasiya Agentliyi də var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR