Bank Of Baku

Mahsun Qırmızıgül: “Anam lənkəranlıdır, buna görə də Lənkəranı çox sevirəm” - FOTOSESSİYA

Mahsun Qırmızıgül: “Anam lənkəranlıdır, buna görə də Lənkəranı çox sevirəm” - <font color=red>FOTOSESSİYA</font>
# 15 sentyabr 2008 09:16 (UTC +04:00)
Konsert proqramı saat 20.00-a nəzərdə tutulsa da, saat yarım gec başlayıb. Buna görə tamaşaçılardan üzr istəməyən Mahsun Qırmızıgül səhnəyə saqqallı çıxdığına görə pərəstişkarlarından rica diləyib: “Məni bu şəkildə görməyinizi heç zaman istəməzdim. Ancaq səhnəyə bu şəkildə çıxmağa məcburam. Sentyabrın 22-dən etibarən yeni filmdə baş rolu canlandıracağam. Məhz bu filmdəki roluma görə də saqqal saxlamalıyam”. Mahsun Qırmızıgülün ssenari müəllifliyi və rejissorluğu ilə hazırlanacaq film “Günəşi gördüm” adlanır. Sənətçi filmin çəkilişlərinin iki ay Qarsda aparılacağını bildirib.

Üzrxahlıqdan sonra müğənni repertuarında yer alan “Sevdiyim”, “Bəlalım”, “Dinlə”, “Sarı, sarı”, “Annem, annem”, “Yazıqlar olsun”, “Ən gözəl yerimdəsin”, “Azar, azar” və digər mahnıları ifa edib. Türkiyəli müğənni konsertdə “Ayrılıq”, “Axtarma məni” kimi Azərbaycan mahnılarını da səsləndirib. Vaxtaşırı olaraq ölkəmizə gələn M. Qırmızıgül artıq Azərbaycan dilini də mükəmməl öyrənib. O, səhnədə azyaşlı bir uşaqla dialoqu zamanı əslən Lənkərandan olduğunu bildirib: “Mən türkiyəli deyiləm, mən lənkəranlıyam. O zamanlar sən olmazdın, ona görə də bunları xatırlamırsan. Mənim anam Lənkərandandır və mən Lənkəranı çox sevirəm. Məhz Azərbaycanı sevdiyimdən də “Aşka sürgün” serialında rol adım olaraq Hazarı seçmişdim. Bu da hər birinizə məlumdur”.

Mahsun Qırmızıgül həm Azərbaycan, həm də Türkiyəni öz vətəni hesab etdiyini deyib: “Səmimiyyətimə inanın ki, mən Azərbaycanda canla-başla yaşayaram. Bəlkə də nə zamansa bu qərarı verdim”. Konsert boyu tamaşaçılar Mahsun Qırmızıgülə çoxlu sayda çiçək və hədiyyələr bağışlayıblar. Bu gün səhər Vətəninə yola düşən Mahsun Qırmızıgül iki gündən sonra Qarsa gedərək yeni filmin çəkilişlərinə hazırlıq işlərinə start verəcək. Xatırladaq ki, M. Qırmızıgülün konserti Kamal Cenk İçtenin və Yaşıl Teatrın birgə təşkil etdiyi “Payız festivalı -2008” layihəsi çərçivəsində həyata keçirilib. Konsertə informasiya dəstəyi verən KİV-lər arasında APA İnformasiya Agentliyi də var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR