Bank Of Baku

Kibariyə və İsmayıl YK-nın Bakıdakı konsertləri baş tutmayacaq

Kibariyə və İsmayıl YK-nın Bakıdakı konsertləri baş tutmayacaq
# 15 sentyabr 2008 14:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Sentyabrın 17-si və 18-də Yaşıl Teatr Bakı Konsert Kompleksində keçirilməsi nəzərdə tutulan türk sənətçiləri Kibariyə və İsmayıl YK-nın konsertləri təxirə salınıb. Bunu APA-ya açıqlamasında konsertin təşkilatçılarından olan Kamal Cenk İçten deyib. Onun sözlərinə görə, konsertin təxirə salınmasının səbəbləri məlum deyil. K. C. İçten konsert üçün alınmış biletlərin geri qaytarıldığını deyib. Təşkilatçı sentyabrın Özcan Dənizin 21-nə nəzərdə tutulmuş konsertinin mütləq baş tutacağını vurğulayıb.

Kibariyə və İsmayıl YK-nın konsertləri ilk dəfə olaraq təşkil olunan “Payız festivalı-2008” layihəsi çərçivəsində keçirilməli idi. Əlavə edək ki, İzzət Yıldızxanın sentyabrın 20-nə nəzərdə tutulmuş konserti də təxirə salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR