Bank Of Baku

Müğənni Ruhi: “Best model of Azerbaijan-2008” yarışmasında iştirakla bağlı pul təkliflərindən imtina etmişəm”

Müğənni Ruhi: “Best model of Azerbaijan-2008” yarışmasında iştirakla bağlı pul təkliflərindən imtina etmişəm”
# 16 sentyabr 2008 12:12 (UTC +04:00)
Bu açıqlamanı APA-ya “Best model of Azerbaijan-2008” yarışmasının rəhbəri, müğənni Ruhi verib. Onun sözlərinə görə, bu gün start götürən seçimlərdə 600-ə yaxın model qız və oğlanlar iştirak edəcək: “Seçimlər olduqca ağır gedir. Çünki modelliyə və bu yarışmaya heç uyğun gəlməyənlər belə sənədlərini veriblər. Onların arasında seçim etmək isə qəlizdir, ancaq bir münsiflər heyəti olaraq ən layiqli modelləri seçəcəyik”. Müğənni Ruhi bu yarışmaya rəhbərlik etməyin çətin olduğunu vurğulayaraq, artıq çox yorulduğunu etiraf edib: “Həm səhhətimdəki problemlərlə, həm də bu yarışmanın ağırlığından çox yorulmuşam. Bəzən bu işi öhdəmə götürdüyüm üçün çox peşman oluram. Ancaq işimi sona kimi aparmağa çalışacağam”. Bu gün başlanan seçim turunda 300-ə yaxın modellər iştirak edir. 18 model bu gün, eyni sayda model isə sabahkı seçim turunda seçiləcək. Daha sonra isə modellərin seçimi davam edəcək və “Best model of Azerbijan” yarışmasında 15 qız, 15 oğlan modeli iştirak edəcək. İki gün davam seçim turunun münsiflər heyətində Ruhi, modelyer Zemfira Qurbanova, model Lyubov Kuturova və stilist Anar Atakişiyev təmsil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR