Bank Of Baku

“Best model of Azerbaijan-2008” yarışmasının seçim turu başa çatıb

“Best model of Azerbaijan-2008” yarışmasının seçim turu başa çatıb
# 17 sentyabr 2008 14:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Best model of Azerbaijan-2008” yarışmasının seçim turu bu gün başa çatıb. Layihənin koordinatoru Nəzakət Hacıyeva APA-ya açıqlamasında bildirib ki, iki gün aparılan seçim nəticəsində 20 qız və 20 oğlan model seçilib. Seçim turlarının çox uğurlu keçdiyini də vurğulayan layihə koordinatoru, gələn həftədən etibarən artıq seçilmiş modellər üçün treninqlər təşkil olunacağını deyib. Treninqlərdə modellər üçün gərəkli olan hər bir şeyin öyrədiləcəyini qeyd edən N. Hacıyeva dərslərin Lyubov Kuturova tərəfindən aparılacağını vurğulayıb: “İki gün müddətində 600-ə yaxın modelliyə namizəd arasında seçim etmişik. Başlanğıc çox ağır olsa da, sonda yaxşı nəticə əldə etmişik. Ən sevindiricisi hal isə odur ki, ötən illərə nisbətən bu il bu yarışmada iştirak etmək istəyənlərin çoxu Azərbaycan əsillidir. Əvvəllər belə yarışmalarda iştirak üçün əsasən rus əsillilər müraciət edirdisə, bu il vəziyyət çox fərqli oldu. 40 model arasından təxminən beş nəfəri çıxmaqla hamısı Azərbaycan əsillidir”. N. Hacıyeva onu da deyib ki, seçilmiş 40 modeldən 10-u treninqlər zamanı müsabiqədən uzaqlaşdırılacaq. Yəni, “Best model of Azerbaijan”ın noyabrda keçiriləcək final mərhələsinə 30 model yarışacaq. Qeyd edək ki, “Best model of Azerbaijan-2008” yarışmasına informasiya dəstəyi verən KİV-lər sırasında APA İnformasiya Agentliyi də var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR