Bank Of Baku

Azərbaycanı Türkiyədə keçiriləcək “Türkü söylə” yarışmasında Samir Piriyev və Qızılgül Babayeva təmsil edəcək

Azərbaycanı Türkiyədə keçiriləcək “Türkü söylə” yarışmasında Samir Piriyev və Qızılgül Babayeva təmsil edəcək
# 18 sentyabr 2008 12:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Türkiyədə oktyabrın sonlarında start götürəcək “Türkü söylə” yarışmasında Azərbaycanı Samir Piriyev və Qızılgül Babayeva təmsil edəcək. TRT-nin Bakı təmsilçiliyindən APA-ya bildirilib ki, Bakıda keçirilən seçim turunda 50-dən artıq ifaçı iştirak edib. Təmsilçiləri xalq artisti Mənsum İbrahimov, əməkdar artist Azərin, Murad Dadaşov, TRT-nin Bakı təmsilçiliyinin rəhbəri Muhsin Yıldırım və Türkiyənin “TRT” kanalından Azərbaycana gələn nümayəndələr seçib. “Türkü söylə” yarışmasında iştirak etmək istəyənlər arasında müğənni Qismət, “A trio” qrupunun keçmiş üzvi Ramal, Elmir Qəhrəmanov, ilahə Cəfərova, Aidə Əliyeva və başqaları da olub. Qismət və Günel İmamverdiyeva isə S.Piriyev və Q.Babayevanın əvəzləyicisi seçilib. Belə ki, yarışma zamanı Samir və Qızılgülün problemi yaransa, onları Qismət və Günel əvəz edəcək. “Türkü söylə” yarışmasına Türkiyə və Azərbaycanla yanaşı, Almaniya, Belçika, Kərkük, Bolqarıstan, Fransadan da təmsilçilər qatılacaq. Oktyabrın sonunda start götürəcək bu yarışma TRT-1 kanalı ilə canlı yayımlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR