Bank Of Baku

“Şeron”un bir üzvü qrupdan ayrılıb

“Şeron”un bir üzvü qrupdan ayrılıb
# 19 sentyabr 2008 08:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Rüstəm Zeynallının rəhbərlik etdiyi “Şeron” qrupunun üzvlərindən olan Elçin Cəfərov qrupdan ayrılıb, solo karyeraya başlamaq qərarına gəlib. Bunu APA-ya açıqlamasında qrupun rəhbəri Rüstəm Zeynallı deyib. Onun sözlərinə görə, qrupdan ayrılan E. Cəfərovu “Bakı payızı-2001” müsabiqəsində iştirak edən Hüseyn Səttarzadə əvəz edəcək: “Aramızda heç bir problem olmayıb, sadəcə, o, solo fəaliyyətə başlamaq istəyini bildirdi, biz də bunu normal qarşıladıq. Düzdür, əvvəl Elçinə çox çətin olacaq, ancaq o bunu bacaracaq. Mən Elçin Cəfərovun ifasına və istedadına güvənirəm”.

E. Cəfərovun elə “Şeron”un köməkliyi ilə solo fəaliyyətə başladığını açıqlayan R. Zeynallı qrupun dağılması ilə bağlı yayılan söz-söhbətləri də təkzib edib. Onun sözlərinə görə, E. Cəfərovun qrupdan ayrıldığı sabah rəsmi elan ediləcək.

Qeyd edək ki, artıq bir müddətdir, Elçin Cəfərov qrupla birgə səhnəyə çıxmır. R. Zeynallı bunu Elçinin səhhətində problemlərin olması ilə izah edib.
Məsələyə Elçin Cəfərovun münasibətini öyrənmək mümkün olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR