Bank Of Baku

Özcan Dəniz sabah Bakıya gələcək

Özcan Dəniz sabah Bakıya gələcək
# 19 sentyabr 2008 09:24 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Türkiyənin tanınmış müğənnisi Özcan Dəniz sabah axşam Bakıya gələcək. Müğənni sentyabrın 21-də Yaşıl Teatr Bakı Konsert Kompleksində konsert verəcək. Konsertin təşkilatçılarından olan “Azəri Star production”un rəhbəri Kamal Cenk İçten APA-ya açıqlamasında bildirib ki, Özcan Dəniz Bakıda olacağı iki gün müddətində “Respublika” mehmanxanasında qalacaq. K.C. İçten müğənninin Mahsun Qırmızıgül kimi xüsusi sifarişlər vermədiyini və təşkialtçılar qarşısında tələblər irəli sürmədiyini açıqlayıb. K.C. İçten konsertin yüksək səviyyədə baş tutacağını əminliklə vurğulayıb. Sentyabrın 21-də keçiriləcək konsert proqramında ilk olaraq səhnəyə türkiyəli müğənni Devrim Erden çıxacaq. Saat 21:00 üçün isə Özcan Dənizin bakılı tamaşaçılar qarşısında konserti başlayacaq.
Xatırladaq ki, sentyabrın 14-dən Bakıda ilk dəfə olaraq türk müğənnilərinin iştirakı ilə “Payız festivalı-2008” keçirilməyə başlanılıb. Bu festival çərçivəsində hələ ki, ancaq Mahsun Qırmızügülün konserti baş tutub. Festival çərçivəsində konsertlərinin keçirilməsi nəzərdə tutulan türkiyəli müğənnilər İzzət Yıldızxan, kibariyə və İsmayıl YK-nın Bakıya səfəri isə baş tutmayıb.
Qeyd edək ki, festivala informasiya dəstəyi verən KİV-lər arasında APA İnformasiya Agentliyi də var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR