Bank Of Baku

Türkiyəli sənətçi Devrim Erden: “Bu ilin sonuna kimi ailə qurmağı düşünürəm” - FOTOSESSİYA

Türkiyəli sənətçi Devrim Erden: “Bu ilin sonuna kimi ailə qurmağı düşünürəm” - <font color=red>FOTOSESSİYA</font>
# 22 sentyabr 2008 09:39 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Bu ilin sonuna kimi ailə qurmağı fikirləşirəm. Bu şanslı kişinin kim olduğunu hələ bilmirəm, ancaq ailə qurmağı qərarlaşdırmışam. Yəni hələ də subayam”. Bu sözləri APA-ya açıqlamasında Bakıda səfərdə olan türkiyəli müğənni Devrim Erden deyib. Sənətçi bildirib ki, noyabrdan etibarən onun baş rolu canlandıracağı yeni serialın çəkilişlərinə başlanacaq: “Artıq yeni serialla bağlı danışıqlar baş tutub və bir imzanı atmaq qalıb. Bu zamana kimi serialla bağlı mənə bir çox təkliflər oldu, ancaq bu təkliflərini qəbul etməmişəm. Bu ilk serialım olacaq və “Kanal D” ekranlarında yayımlanacaq”. Azərbaycanın mədəniyyətini və xalqını çox sevdiyini də deyən D. Erden Bakıda tez-tez konsert vermək istəyini də gizlətməyib. İkinci dəfə Bakıya səfər etdiyini bildirən sənətçi, burada yaşamaq istədiyini vurğulayıb: “Mənim ailəm Türkiyədədir. O səbəbdən də burada yaşaya bilmirəm. Anacq evləndikdən sonra Azərbaycanda yaşaya bilərəm. Azərbaycan şou-biznesini yaxından izləyirəm və şou-biznes nümayəndələrini bəyənirəm”.
Türkiyə şou-biznesində o qədər də qalmaqallı sənətçi kimi tanınmadığını qeyd edən D. Erden sənətçilərin çoxu ilə də dostluq münasibətinin olduğunu bildirib. D. Erden Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanın sənətinə pərəstiş etdiyini və ona böyük sevgisinin olduğunu da qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR