Bank Of Baku

Faiq Ağayev səhnə fəaliyyətinin 20 illiyi münasibəti ilə üç günlük solo-konsert verəcək

Faiq Ağayev səhnə fəaliyyətinin 20 illiyi münasibəti ilə üç günlük solo-konsert verəcək
# 22 sentyabr 2008 13:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın xalq artisti Faiq Ağayev səhnə fəaliyyətinin 20 illiyini qeyd edəcək. Bu barədə APA-ya sənətçinin mətbuat katibi Fuad Həsənov məlumat verib. Onun sözlərinə görə, səhnə fəaliyyətinin 20 illiyini F. Ağayev Heydər Əliyev Sarayında üç günlük solo-konsert proqramı ilə qeyd edəcək. İlin sonuna keçirilməsi nəzərdə tutulan konsert proqramında Faiq Ağayev bir sıra yeniliklərlə pərəstişkarlarının qarşısında çıxış edəcək. F. Həsənov üç günlük konsert proqramında qeyri-adiliklərin olacağını da gizlətməyib: “Hələlik konsertə hazırlıq işləri gedir. Bu il dekabrın 29-da Faiq Ağayevin 37 yaşı tamam olacaq. Elə konserti həmin ərəfədə keçirmək fikrindəyik. Həm də bu, Faiqin xalq artisti kimi ilk solo konserti olacaq”. Bu münasibətlə F. Ağayevin bir sıra yeni mahnılar hazırladığını bildirən mətbuat katibi, konsert zamanı sənətçinin geyimində də fərqlilik olacağını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR