Bank Of Baku

Müğənni Kərim boşanmaq üçün məhkəməyə müraciət edib

Müğənni Kərim boşanmaq üçün məhkəməyə müraciət edib
# 23 sentyabr 2008 12:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Müğənni Kərim həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib. APA-nın məlumatına görə, müğənni bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, boşanmaq haqqında ərizəni iki gün bundan əvvəl məhkəməyə təqdim edib. O, nə üçün bu qərara gəlməsinin səbəblərini açıqlamayıb: “Səbəbləri məhkəmədə açıqlayacağıq. Məhkəməyə müraciət edən mən olmuşam. Bu yaxınlarda rəsmi şəkildə boşanacağıq”. Məsələ ilə bağlı müğənninin həyat yoldaşı Təranə Səmədova məhkəməyə qədər danışmayacağını bildirib: “Mən bütün suallara məhkəmədə cavab verəcəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR