Bank Of Baku

Aktyor Sərxan Kərəmoğlu İlhamə Quliyevanı məhkəməyə verib

Aktyor Sərxan Kərəmoğlu İlhamə Quliyevanı məhkəməyə verib
# 24 sentyabr 2008 13:21 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Moskvada fəaliyyətə göstərən Nəsibə Zeynalova adına Azərbaycan Teatrının bədii rəhbəri Sərxan Kərimoğlu xalq artisti İlhamə Quliyeva ilə bağlı məhkəməyə müraciət edib. S. Kərəmoğlunun bu qərarı İ. Quliyevanın onun barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ərizəsi yazması ilə əlaqədardır. Aktyor APA-ya açıqlamasında bildirib ki, İlhamə Quliyeva şikayət ərizəsində onun ünvanına təhqirlər söylədiyi və böhtan atdığı üçün Yasamal Rayon Məhkəməsinə müraciət edib: “İlhamə Quliyevanın çox savadsızcasına yazılmış 6 sentyabr tarixli ərizəsində mənim ünvanıma olmazın təhqirlər yer alıb. Üstəlik, yazıb ki, guya mən Flora Kərimova ilə birləşərək onun prezident seçkiləri ilə bağlı keçirdiyi konsertlərə mane oluram. İki aydan çoxdur üzünü belə görmədiyim halda, məni siyasi sabotajda günahlandıraraq şantaj edir. Halbuki bu şikayət ərizəsi sentyabrın 6-da təqdim olunub, seçki ilə bağlı konsertlərin təşkilinə isə sentyabrın 17-dən start verilib. Hələ bu yetməzmiş kimi, İlhamə hədə-qorxu gəlir ki, cibimə narkotik maddə atdırıb, məni tutduracaq. Bu hərəkəti ondan gözləyirəm, çünki belə şeyə öyrəncəlidir”.

S. Kərəmoğlu onu da əlavə edib ki, son günlər İlhamə Quliyevanın onu və Flora Kərimovanı məhkəməyə verməsi ilə bağlı mətbuatda yazılanlar həqiqətə uyğun deyil.

Məsələyə münasibət bildirən xalq artisti İlhamə Quliyeva isə Sərxan Kərəmoğlunun özünü reklam etdiyini vurğulayıb: “Bunu eşidəndən gülürəm. O, özünü reklam etmək istəyir. Jurnalistlərin bir neçəsinə də deyib ki, “İlhamə xanım böyük sənətkardır, onun adı ilə özümə reklam qazanmaq istəyirəm”. Növbəti gülməli “film” çəkməkdən ötrü sponsor axtarışındadır. Ona görə də bu addımları atır, belə sözlər yayır. Allah xeyir versin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR