Bank Of Baku

İlhamə Quliyevanın mətbuat katibi açıqlama yayıb

İlhamə Quliyevanın mətbuat katibi açıqlama yayıb
# 26 sentyabr 2008 09:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Moskvadakı Nəsibə Zeynalova adına Azərbaycan Teatrının bədii rəhbəri və direktoru Sərxan Kərəmoğlunun xalq artisti İlhamə Quliyevanı məhkəməyə verməsi qalmaqala səbəb olub. APA-nın məlumatına görə, İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərli bununla bağlı açıqlama yayıb. Açıqlamada bildirilir:

“İstər aktyor, istər prodüser, istərsə də aparıcı kimi özünü təsdiqləyə bilməyən Sərxan Kərəmoğlu son zamanlar gündəmdə qalmaq üçün qalmaqallardan istifadə edir. Azərbaycanın və Dağıstanın xalq artisti, “Şöhrət” ordenli İlhamə xanımın nüfuzundan istifadə edərək sponsorlardan pul qoparmaq məqsədi güdən Kərəmoğlu sonuncu müsahibəsində İlhamə xanımı məhkəməyə verəcəyini bildirib. “İlhamə hədə-qorxu gəlir ki, cibimə narkotik maddə atdırıb, məni tutduracaq” deyən Kərəmoğlu uzağa gedə bilməyib. Belə ki, müsahibəsindən dərhal sonra o, İlhamə xanımın impressariosu Tolikə zəng vuraraq bu məlumatı müğənni Teymur Əmrahdan aldığını söyləyib. İlhamə xanım hazırda Hollandiyada səfərdə olduğundan məsələyə impressariosu aydınlıq gətirməyə çalışıb və T. Əmrahla əlaqə saxlayıb. Eşitdiklərindən bərk əsəbiləşən Teymur Əmrah belə bir söhbətdən xəbərsiz olduğunu bildirib. Bundan sonra Tolik S. Kərəmoğlu ilə əlaqə saxlayaraq onun yalanlarını üzünə vurub və sonuncu dəfə xəbərdarlıq edib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR