Bank Of Baku

Brilliant Dadaşovanın yeni diskinin pirat variantı yayılıb

Brilliant Dadaşovanın yeni diskinin pirat variantı yayılıb
# 02 oktyabr 2008 12:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu yaxınlarda xalq artisti Brilliant Dadaşovanın ictimaiyyətə təqdim etdiyi və Türkiyədə hazırlanmış “Masal dünyam” diskinin pirat variantı satışa çıxarılıb. B. Dadaşovanın mətbuat katibi Aynurə Əhmədova APA-ya bildirib ki, CD-ni hazırlayan “Seyhan müzik” şirkəti piratçılıq problemi ilə əlaqədar diskin Azərbaycanda yayılmasının əleyhinə olsa da, sənətçi diskinin Bakıya gətirilməsində israr edib: “Deyəsən, “Seyhan” şirkəti diski Azərbaycana göndərməməkdə haqlı imiş. Diskləri Almaniyadan qonşu İrana qədər müxtəlif ölkələrə göndərən şirkət Azərbaycanda piratçılığın yüksək səviyyədə olduğunu nəzərə alaraq bunu etmək istəmirdi. Ancaq Brilliant xanım disklərin bir partiyasını təyyarədə özü ilə gətirmişdi. O ümid edirdi ki, şirkət rəhbərliyi yanıldığını görəcək. Amma əksinə oldu. Artıq mağazalarda piratların keyfiyyətsiz şəkildə tirajladığı disklər satılır”. A. Əhmədovanın sözlərinə görə, B. Dadaşova Türkiyədə olduğundan bu hadisədən xəbərsizdir: “Amma deyəsən, Brilliant xanım başına gələcəkləri öncədən duyurmuş. Diskin tanıdıldığı mətbuat konfransında o, CD-nin piratlar tərəfindən tirajlanmaması üçün Mədəniyyət və Turizm Nazirliyinin aidiyyəti şöbəsinə və Müəllif Hüquqları Agentliyinə müraciət etmişdi. Ümid edirik ki, aidiyyəti qurumlar bunun qarşısını almaq üçün nəhayət, hərəkətə keçəcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR