Bank Of Baku

Türkiyənin meqa-starı Tarkan noyabrda Bakıda konsert verəcək

Türkiyənin meqa-starı Tarkan noyabrda Bakıda konsert verəcək
# 02 oktyabr 2008 16:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Türkiyənin meqa-starı Tarkan bu ilin noyabrında Bakıda konsert verəcək. Konsertin təşkilatçısı “Ses Organization”un rəhbəri Nahid Emiloğlu APA-ya deyib ki, konsert noyabrın 27-nə planlaşdırılır. Təşkilatçının sözlərinə görə, meqa-starın budəfəki konsertinin Heydər Əliyev Sarayında keçirilməsi üçün hazırda danışıqlar aparılır.

N. Emiloğlu bununla yanaşı, bu ilin sonuna kimi daha 8 layihənin həyata keçiriləcəyini də açıqlayıb: “Türkiyənin ən tanınmış səkkiz sənətçisinin Bakıda konsertini təşkil edəcəyəm. Hazırda İstanbuldayam və sənətçilərlə danışıqlar aparıram. Onu deyə bilərəm ki, ardıcıl olaraq iki ay ərzində bakılı tamaşaçıları sevindirəcəyəm”.

Qeyd edək ki, konsertin informasiya dəstəyi APA informasiya agentliyinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR