Bank Of Baku

Filipp Kirkorov “Eurovision-2009” mahnı müsabiqəsinin aparıcısı olacaq

Filipp Kirkorov “Eurovision-2009” mahnı müsabiqəsinin aparıcısı olacaq
# 02 oktyabr 2008 16:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Tanınmış Rusiya müğənnisi Filipp Kirkorov 2009-cu ildә Moskva şәhәrindә keçirilәcək “Eurovision” müsabiqәsinin aparıcısı olacaq. APA-nın məlumatına görə, bu tәklif sənətçiyə “Eurovision”un tәşkilat komitәsindәn gәlib. O, müsabiqənin açılışında rus çarı I Pyotr obrazında sәhnәyә çıxmağı planlaşdırır. Elə buna görə də hazırda müsabiqə üçün Filipp Kirkorova kostyumları məşhur modelyer Valentin Yudaşkin tikir. F. Kirkorov aparıcılıq missiyasının ona həvalə olunmasından qürur hiss keçirdiyini və bundan xoşbəxt olduğunu açıqlayıb: “Mәn bütün Avropanı üç dildә salamlayacağam. İngilis dilini əla bilirəm, lakin fransız dili üzərində bir az işləməliyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR