Bank Of Baku

Azərbaycanlı müğənni Tarkanın mahnısını ifa etmək üçün ondan icazə alıb

Azərbaycanlı müğənni Tarkanın mahnısını ifa etmək üçün ondan icazə alıb
# 03 oktyabr 2008 09:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Türkiyə şou-biznesinə qatılan azərbaycanlı müğənni Yeganə Mürsəlova meqa-star Tarkanın mahnısını oxuyacaq. Bununla bağlı APA-ya açıqlama verən Y. Mürsəlova Tarkanın bəstəsi olan və ifasında səslənən “İstanbul ağlıyor” mahnısını yaxın günlərdə ifa edəcəyini deyib: “Bu mahnını ifa etmək üçün Tarkanın özündən icazə alınıb. O, klipin çəkilməsinə də razılıq verib. Yaxın günlərdə mahnı ictimaiyyətə təqdim olunacaq. Ümidvaram ki, “İstanbul ağlıyor” mənim ifamda da seviləcək”. Y. Mürsəlova bu mahnının üzərində hazırlıq işləri gedən ikinci albomuna daxil ediləcəyini qeyd edib.

Türkiyə şou-biznesindən razılıq edən müğənni Azərbaycana qayıtmaq niyyətində olmadığını açıqlayıb. Müğənni albomuna Azərbaycanın üç xalq mahnısının da daxil ediləcəyini qeyd edib. Türkiyədə olduğu müddətdə Azərbaycandakı həmkarlarının heç biri tərəfindən adicə telefon zənginin belə edilmədiyini deyən Yeganə azərbaycanlı sənətçilərin onun bu uğuruna sevinmədiklərini vurğulayıb: “Yəqin ki, mənim bu uğuruma Azərbaycanda sevinən həmrkarlarım yoxdur ki, məni təbrik etməyiblər. Əslində mən qərib ölkədəyəm, bu zənglərə, həmvətənlərimin dəstəyinə ehtiyacım var. Mən bunu gözləyirdim, təəssüf ki, bunu nə gördüm, nə də eşitdim...”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR