Bank Of Baku

Yaqub Zurufçu solo-konsertə hazırlaşır

Yaqub Zurufçu solo-konsertə hazırlaşır
# 07 oktyabr 2008 10:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Sənətçi Yaqub Zurufçu Heydər Əliyev Sarayda solo konsert proqramı ilə çıxış edəcək. Bu barədə APA-ya məlumat verən müğənni konserti bu ilin son ayında keçirmək istədiyini deyib. Hazırda konsertə hazırlaşan Yaqub Zurufçu konsertin Azərbaycan Dövlət Xalq Çalğı Orkestrinin iştirakı ilə keçiriləcəyini vurğulayıb. Y. Zurufçu üç saata yaxın davam edəcək konsert proqrmında yeni yazılan mahnıları da ifa edəcək: “Konsertdə tamaşaçılarımın həsrətinə son qoyacağam. Həmin konsretdə yeni albomumda yer alan mahnıları da səsləndirəcəym. Hələlik konsertin adını müəyyənləşdirməmişik”. Müğənni onu da deyib ki, bir müddət bundan əvvəl onun Amerikada yaşayan qızı Dəniz Bakıya gəlib, lakin burada qala bilməyib: “Dəniz bir aydan artıq Bakıda qaldı. Onu gözəl bir işə də düzəltdim. Ancaq təəssüf ki, Azərbaycanda qala bilmədi və yenidən Amerikaya qayıtdı”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR