Bank Of Baku

Çelik: “Azərbaycan şou-biznesində özümə yol açıb bu cığırla gedəcəyəm”

Çelik: “Azərbaycan şou-biznesində özümə yol açıb bu cığırla gedəcəyəm”
# 07 oktyabr 2008 15:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Azərbaycanı çox sevirəm. Hər dəfə Azərbaycana gələndə fərəh hissi duyuram”. APA-nın xəbərinə görə, bu sözləri bu gün Bakıya gələn türkiyəli sənətçi Çelik Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib. Azərbaycanın mühiti, şou-biznesi ilə yaxından tanış olmaq istədiyini bildirən sənətçi bunun üçün kifayət qədər vaxtının olduğunu bildirib: “Bu müddətdə çalışacam ki, Azərbaycan mühitini istədiyim qədər tanıyım. Bu tanışlıqdan sonra artıq Azərbaycanda yaradıcılıq planlarımı həyata keçirməyə başlayacağam. Azərbaycan şou-biznesində özümə yol açıb bu cığırla gedəcəyəm. Bundan sonra özümə yaxın olan Azərbaycan sənətçiləri ilə duet oxuyacağam”.
Çelik Azərbaycanda yaxın gələcəkdə hotel açmaq fikrinin olduğunu bildirib. Sənətçi noyabrda hit mahnılardan ibarət albomunun işıq üzü görəcəyini də deyib.
Qeyd edək ki, sənətçinin ölkəmizə səfəri Bakıda açılacaq “Le Paris” restoranının açılış mərasimində iştirak etmək məqsədi daşıyır. Oktyabrın 10-da baş tutacaq açılış mərasimində bir çox tanınmış simaların, eləcə də Azərbaycanın bir neçə sənətçisiinin iştirakı nəzərdə tutulur. Restoranın sahibi hesab olunan Celik “Le Paris”də həftənin 3-4 günü canlı musiqi proqramı ilə çıxış edəcək. Çelik Bakıda ev alana qədər “Ambassador” hotelində qalacaq. Şeyx Şamil küçəsi, 16 ünvanında yerləşən “Le Paris” restoranı gün ərzində yalnız əvvəlcədən yer sifariş edən 70-dək müştərini qəbul edəcək. Restoranda dünya mətbəxi ilə yanaşı, Türk və Azərbaycan mətbəxinin yeməkləri təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR