Bank Of Baku

Çelik: “Bakıda uzun müddət yaşamaq fikrim var”

Çelik: “Bakıda uzun müddət yaşamaq fikrim var”
# 09 oktyabr 2008 13:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Bakıda ev, maşın almaq, uzun müddət burada yaşamaq istəyirəm. Azərbaycan vətəndaşlığını qəbul etmək fikrim yoxdur, çünki əcnəbilərə də iş görməyə imkan verilir. Bakı çox xoşuma gəlib, Azərbaycan dili ilə yanaşı, burada rus dili də işlək dillərdən biri olduğu üçün bu dili də öyrənməyə hazırlaşıram”. APA-nın məlumatına görə, bu sözləri bir neçə gün öncə Azərbaycana gələn Türkiyə sənətçisi Çelik “Le Paris” restoranının açılışında deyib. O, yerli mətbuat nümayəndələri ilə görüşündə şəxsi həyatı ilə bağlı sualları da cavablandırıb: “İki dəfə evliliyim olub. Bir oğlum var. Hazırda subayam. Bakıda da qız dostum ola bilər”.

Bir çoxlarından fərqli olaraq, Çelik “paparatsi”lərdən çəkinmədiyini bildirib: “Onlar bizim həyatımızı canlandırırlar. Bu səbəbdən də onlara münasibətim yaxşıdır”. Sənətçi gələcək planlarını da açıqlayıb: “Əvvəla, saçlarımı qaydaya salmaq üçün ən yaxşı qadın salonu soraqlayıram. Türkiyədə idman məşqlərində qolumu sındırmışam, ona görə sürücü axtarıram. Türkiyə ilə Azərbaycan sənətçilərinin əməkdaşlığının yaranmasına , onların iştirakı ilə müsabiqələrin təşkilini həyata keçirəcək ayrıca bir şirkət açmaq fikrindəyəm. Türkiyədə yeni musiqi albomum və klipim işıq üzü görəcək”.

Qeyd edək ki, yenicə açılan restoranın sahibi hesab olunan sənətçi “Le Paris”də həftənin 3-4 günü özü canlı musiqi proqramı ilə çıxış edəcək. Şeyx Şamil küçəsi, 16 ünvanında yerləşən restoran gün ərzində yalnız əvvəlcədən yer sifariş edən 70-dək müştərini qəbul edəcək. Restoranda dünya mətbəxi ilə yanaşı, Türk və Azərbaycan mətbəxinin yeməkləri təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR