Bank Of Baku

Bakıda tanınmış türkiyəli müğənnilərin konsertləri davam edəcək

Bakıda tanınmış türkiyəli müğənnilərin konsertləri davam edəcək
# 09 oktyabr 2008 16:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın paytaxtı Bakıda tanınmış türkiyəli müğənnilərin konsertləri davam edəcək. “Səs Organization”ın rəhbəri Nahid Emiloğlunun APA-ya verdiyi məlumata görə, ilk konsert noyabrın 27-də Rafət El Roman, Yaşar və “Yaz yağmuru” mahnısı ilə tanınan Sinəmin iştirakı ilə olacaq: “Bu konsert əvvəlkilərdən çox fərqlənəcək. İki saatdan artıq davam edəcək konsertdə yalnız canlı ifalar səslənəcək”.

N. Emiloğlu 2009-cu ilin martına qədər keçiriləcək konsertlər çərçivəsində Azərbaycana gələcək sənətçilər arasında Türkiyənin meqa-starı Ajda Pekkanın da olacağını bildirib: “Ajda Pekkan uzun illərdir Azərbaycanda konsert proqramı ilə çıxış etmir. Bu həsrətə son qoyulacaq”.

N. Emiloğlu digər meqa-star – Bakıya dəfələrlə səfər etmiş Tarkanın da ilk dəfə olaraq Heydər Əliyev Sarayında çıxış edəcəyini söyləyib.

Bakıda konsertləri təşkil olunacaq sənətçilər arasında Sərdar Ortac, Yıldız Tilbe, Demet Akalın, Əlişan və Sibel Can da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR