Çelik: “Mənim üçün Türkiyə, bayraq sözü nə qədər önəmlidirsə, Ergenekon sözü də o qədər önəmlidir” – FOTOSESSİYA
- Yaşamaq üçün Azərbaycanı seçməyiniz nə ilə bağlıdır?
- Dövlət olaraq Azərbaycanın, ticarət layihələri baxımından isə Bakının gələcəyi çox parlaqdır. Bura gəldiyimdən bəri sadəcə bunu deyirəm ki, yaxın vaxtlarda Bakı Qafqazın Parisi olacaq. Burada çox gözəl ticarət quracağam və gəlişimin əsas məqsədi də budur.
- Deyəsən, ticarətə restoran biznesi ilə başlamaq niyyətindəsiniz.
- Əslinə qalsa, restoran mənim bu yolda ilk addımımdır. Bakıda həyata keçirmək istədiyim azı 3 layihə var. Hazırda onların üzərində işləyirəm. Bunlardan birincisi otel açmaq, digərləri isə menecerlik və təşkilatçılıqla bağlı layihələrdir. Əsas məqsədimiz buradakı sənətçiləri Türkiyə və dünya miqyasına çıxarmaq, Azərbaycanda isə Türkiyə sənətçilərinin konsertlərini təşkil etməkdir. Ancaq buradakı sənətçilərdə və mediada yanlış anlaşılan bir məsələ var. Onlar yalnız populyar və daha tanınmış olan şəxsləri sənətçi olaraq görürlər. Bu, çox böyük bir xətadır. Burada populyar olmayan çox dəyərli sənətçilər var. Biz onlara da menecerlik etmək fikrindəyik.
- Paytaxtımızda saysız-hesabsız restoranlar və otellər fəaliyyət göstərir. Siz bu rəqabətə tam hazırsınızmı?
- Rəqabətə hazıram, özü də lap çoxdan. Bu sahədə təcrübəmiz var. Şəxsən mən Türkiyədə çoxsaylı restoranlar işlətmişəm, yəni həmin restoranlara sahiblik etmişəm. Bu sahədə uğur qazanacağıma tam əminəm. Amma işimi buradakı sistemlə aparmayacağam.
- Bu işə təkbaşına girişmədiyiniz bəllidir. Ticarət ortağınızın kimliyini açıqlaya bilərsinizmi?
- Düzdür, ticarət ortaqlarım var. Ancaq onların kimliyini sirr olaraq saxlamağı lazım bilirəm. Bircə onu deyim ki, Azərbaycanda çoxlu dostlarım var.
- Hansı Azərbaycan sənətçiləri ilə əməkdaşlıq etməyi düşünürsünüz?
- Bunu hələ dəqiq müəyyənləşdirməmişik. Belələri var, ancaq onları daha çox tanımaq lazımdır. Əsas məsələ səs və sənətdir, bizim üçün başqa meyarlar yoxdur. Mən Qafqaz rəqslərinə heyranam. Burada Qafqaz rəqslərini ifa edən kollektivlərin çıxışlarına baxmaq istəyirəm, onları Türkiyəyə aparmaq arzum var. Amma bizim anladığımız anlamda populyar olmadığı üçün kimsə bu rəqslə maraqlanmır. Burada qalacağım müddətdə yerli sənətçilərin konsertlərinə, rəqs göstərilərinə, opera tamaşalarına, teatrlara, klassik musiqi konsertlərə getmək istəyirəm. Eyni zamanda muzeyləri, kinoteatrları, tarixi abidələri görmək niyyətindəyəm. Qazaxda dövlət başçısının qatıldığı bir konsertdə çıxışım oldu. Oraya gedərkən yol boyunca gördüklərim inanılmazdır. Mən burada Dədə Qorqudun abidəsinin olduğunu bilmirdim. Belə şeylərin hamısını görmək istəyirəm. Yəni daha populyar və göz önündə olan şeylərlə yox, diqqətdən bir az kənarda qalmış məsələlərlə bağlı layihələrim çoxdur.
- Azərbaycan və Türkiyə şou-biznesi arasında fərqlər çoxdur. Maraqlıdır, Azərbaycanın şou-biznes aləminə qatılmaq istəyən Çelik buranın, yoxsa Türkiyənin standartlarına üstünlük verəcək?
- Tamamilə doğrudur, fərqlər çox böyükdür. Amma bu prinsiplə Türkiyə ilə Amerika və Avropa arasında da fərqlilik çoxdur. Azərbaycanda şou-biznes inkişaf etməlidir. Əslində bütün ölkələrə aid olan daimi kriteriya, ümumi tələblər var. Kimsə dünya səviyyəsinə uyğunlaşmaq istəyirlərsə, həmin tələbələri yerinə yetirməlidir. Mən də həmin ümumi kriteyaları və tələbləri həm ölkəmdə, həm də burada həyata keçirəcəyəm. Bununla da şou-biznesin ümumi yolunu buradakılara öyrətmiş olacağam.
- Bu istiqamətdə hər hansı tövsiyələriniz və addımlarınız olacaqmı?
- Əlbəttə, olacaq. Bu tövsiyələrimi iş əsnasında verəcəyəm. Amma yaxın vaxtlarda kiçik bir layihə həyata keçirmək istəyirəm. Dərs verəcək bir yer açmaq fikrindəyəm. Bu, əsasən assistentlik kursu olacaq. Media koordinatorluğu və assistentliklə bağlı mütləq bir şeylər etmək lazımdır. Bu sahədə çoxlu çatışmazlıqlar var. Bu əksikliklərin tamamlanması üçün lazımi işlər görülməlidir. Tövsiyə vermək yerinə, bir məktəb açıb öyrətməyi üstün tuturam.
- Türkiyə televiziyalarında, maqazin proqramlarında ən az görünən sənətçilərdən birisiniz. Bu, nə ilə əlaqədardır, yoxsa gündəmdə olmaqdan xoşlanmırsınız?
- Gündəmlə əlaqəli deyil. Hər bir kəs gündəmdə olmağı çox sevir, mən də bunu xoşlayıram. Ancaq mən səviyyəli şəkildə - işimlə, sənətimlə, ifamla gündəmdə olmağa üstünlük verirəm. Səviyyəsiz bir şəkildə gündəmdə qalmaq mənə yaddır.
- İndiyədək iki evliliyiniz olub. İkinci evliliyinizdən bir oğlunuz var. Onu Bakıya gətirmək fikriniz yoxdur ki?
- Oğlum Atilla 4 yaşındadır. Hələ çox balaca olduğu üçün buraya gətirmək mümkün deyil. O, anasının yanındadır və artıq məktəbə getmə zamanı yaxınlaşır. İndi onu bura gətirsəm, iş görə bilməyəcəyəm. Yanında mütləq biri olmalıdır.
- Burada olduğunuz müddətdə oğlunuz üçün darıxmayacaqsınızmı?
- Türkiyəyə tez-tez gedib-gələcəyəm, həftənin bir-iki gününü onunla keçirəcəyəm. Daim yollarda olacağam...
- Hər iki evliliyinizin pozulmasına səbəb nə olub? Evliliyə xarakteriniz imkan vermir, yoxsa sənətiniz?
- Bizim çox çətin həyatımız var. Kənardan baxanda çox maraqlı, cəlbedici, arzu edilən bir həyat kimi görünə bilər, amma göründüyü kimi deyil. Bir qadınla bərabərliyi davam etdirərkən, işində-gücündə olmaq həqiqətən çox çətindir. Məsələn, hansısa xanım sənətçi ilə konsert üçün birgə turneyə çıxmaq birlikdə olduğun qadının xoşuna gəlməyə bilər, amma bu, bizim işimizdir. Yəni belə məsələlər ortaya çıxanda evliliyi davam etdirmək olmur, bu üzdən daim problemlər yaşanır. Bu, cansıxıcı bir durumdur, bütün bunlara tab gətirmək çətin olur.
- Türkiyədə seriallara çəkilməyi gələcək planlarınız sırasına daxil etmisinizmi?
- Ola bilər. Əgər səviyyəli, özümə layiq serial olarsa, çəkilərəm. Səviyyəli bir şey deyəndə maddiyyəti qətiyyən nəzərdə tutmuram. Ümumiyyətlə, mən heç nəyi maddiyyətlə ölçmürəm. İstər filmdə, istərsə də serialda ifa edəcəyim obraz mənə uyğun olmalıdır. Məsələn, həyatım boyu filmdə və ya serialda narkoman obrazını canlandırmaram. Lap bu rol üçün mənə 1 milyon dollar versələr belə...
- Bəs hansı rolu təklif etsələr razılıq verərdiniz?
- Müəllim, vəkil, qanun adamı rolunu oynaya bilərəm, amma mənfi rolları sevmirəm. Mən öz gücümə inandığım üçün mənfi rolları oynamaq istəmirəm, çünki bu rolla tamaşaçıda başqa fikirlər oyadacağam. Bu üzdən də seriala çəkilməklə bağlı çoxsaylı dəvətlərdən imtina etmişəm. Azərbaycanda da filmə dəvət alsam, eyni şərtlər irəli sürəcəyəm. Bu fikrim Hollivud və ya Paris üçün də dəyişməzdir.
- Siyasətlə maraqlanırsınızmı?
- Siyasətlə çox yaxından maraqlanıram və qəti, konkret mövqeyim var. Vətənimi çox sevirəm və dövlətimin quruluş ideallarına sadiqəm. Ölkəmin qurucusu və lideri Mustafa Kamal Atatürkə çox bağlıyam. Partiya mənsubluğum yoxdur. Doğru saydığım hər şeyi azad şəkildə söyləyə bilmək azadlığım var.
- Gələcəkdə millət vəkili seçilmək iddianız varmı?
- Əlbəttə. Yaxın illərdə mütləq siyasətə atılıb, bu düşüncəmi həyata keçirəcəyəm.
- Türkiyədə cərəyan edən “Ergenekon” məsələsinə münasibətimiz necədir?
- Ergenekon türklüklə bağlı çox müqəddəs sözlərdən biridir. Mənim üçün Türkiyə, bayraq sözləri nə qədər önəmlidirsə, Ergenekon sözü də o qədər önəmlidir. O ada zərər vermək üçün atılan hər bir addımı səhv hesab edirəm. Bu mövzuda yazılanların heç birinin doğruluğuna inanmıram. Bu məsələ ilə bağlı hazırda Türkiyədə çox ciddi basqı var.
- Bəlkə sizi Türkiyədən qaçıran da elə bu basqıdır?
- Yox, mənim bu anlamda bir sıxıntım yoxdur. Ancaq Türkiyədə ölkəsini, xalqını qoruyan insanlara qarşı çox ciddi basqılar var. İnsanlar bundan dolayı çox sıxıntı çəkirlər. Məqamı yetişəndə sizin mətbuata bəzi siyasi məsələlər barəsində açıqlama verəcəyəm.
- Türkiyənin hansı futbol komandasına azarkeşlik edirsiniz?
- “Qalatasaray”lıyam, amma fanat deyiləm. Ümumiyyətlə, idmanı çox sevirəm. Azərbaycanın voleybol yığmasının kapitanı olan qız hazırda İstanbuldadır və onu seyr edirəm. Özüm də həmişə voleybol, basketbol oynayıram, digər idman növləri ilə də məşğul oluram.
- Çelik polad deməkdir. Adınız xarakterinizə nə qədər uyğundur?
- Eyibdir söyləməsi, amma mən elə əsl çelikəm. Yaxşı insan olduğumu düşünürəm. Dürüstəm və hər zaman verdiyim sözləri yerinə yetirirəm.
- Azərbaycan sənətçilərindən kiminlə duet oxumaq fikrindəsiniz? Bəstələrinizdən ifa üçün bizim sənətçilərə verə bilərsinizmi?
- Hələ ki seçim etməmişəm. Noyabrın sonuna kimi Bakıda bütün Azərbaycan televiziyalarını seyr edəcəyəm, sonra Azərbaycan türkcəsini mükəmməl öyrənmək istəyirəm. Yəni bu dili tamlığı ilə anlamaq və danışmaq arzusundayam. Duet məsələsinə gəlincə, bu, bir az vaxt aparan işdir. Öncə bir mahnı olmalı və sonra bu mahnını hansı sənətçi ilə birlikdə oxumağın daha yaxşı alınacağını düşünmək lazımdır. Mənim “Sən yoluna, bən yoluma” mahnımı Əbru Gündəş, “Qızımız olacaq” mahnımı isə İzel oxuyur. Əgər Əbru Gündəşin oxuduğunu İzel, İzelin oxuduğunu isə Əbru oxusaydı, çox pis alınardı. Mən mahnı seçimi edərkən çox götür-qoy edirəm. Ağlımda bir-iki sənətçi var, ancaq hələ dəqiqləşdirməmişəm. Bu gün üçün hələlik bir nəfərin adını çəkə bilərəm, o da Azərindir. Onun ifası olduqca diqqətimi çəkdi.
- Gələcəkdə Azərbaycan vətəndaşlığını qəbul etmək fikriniz yoxdur ki?
- Siz necə öz vətəndaşlığınızdan vaz keçməzsinizsə, mən də Türkiyə vətəndaşlığımdan imtina etmərəm. Amma sizin mərhum lideriniz Heydər Əliyevin bir sözü var və Türkiyədə o söz çox sevilir - “Bir millət, iki dövlət”. İki ayrı dövlət kimi görünsək də, bir millətik. Mən bir fərq görmürəm. Azərbaycanda və bölgədə rus dili də çox işlək olduğu üçün bu dili də öyrənmək istəyirəm. Burada gördüyüm işlər Türkiyədəki işlərimə qətiyyən mane olmur. Orada restoranım var və indi də işləyir. Noyabrda yeni albomum çıxacaq və təqdimatını Türkiyədə keçirəcəyəm. Amma burada ticarət baxımından Amerikadan, Avropadan və Türkiyədən daha yaxşı imkanlar var.
- Bakının tarixi yerlərində olmusunuzmu?
- Bəli, İçərişəhərdə olmuşam və oranı çox sevirəm. Amma Azərbaycanın çox az yerini tanıyıram, bu dəfə ölkənizi daha çox gəzib öyrənəcəyəm. Məqsədim bütün əyalətlərinizdə konsert proqramı ilə çıxış etməkdir.
- Azərbaycan mətbəxində ən çox sevdiyiniz yemək hansıdır?
- Qutabı çox sevirəm. İndi yeməklərin adını çox da bilmirəm, ancaq mətbəxiniz çox zəngin və ləzzətlidir. Tezliklə hər birinin adını öyrənəcəyəm.
- İmicinizə dəyişiklik etmək fikriniz varmı?
- Yeni albomum çıxdıqdan sonra imicimdə dəyişiklik etməyi düşünürəm.
Şou-biznes
Xəbər Lenti
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib
AZAL yerli pilot hazırlığını genişləndirəcək, təlimatçıların sayı artırılacaq