Bank Of Baku

Kristina Aquilera Türkiyənin “Varmısın, yokmusun?” yarışmasına qatılacaq

Kristina Aquilera Türkiyənin “Varmısın, yokmusun?” yarışmasına qatılacaq
# 13 oktyabr 2008 08:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Türkiyənin “Show TV” telekanalında yayımlanan və artıq Azərbaycanda da xeyli tamaşaçı auditoriyası toplayan “Varmısın, yokmusun?” yarışmasında Amerikanın tanınmış pop müğənnisi Kristina Aquilera oynayacaq. APA-nın məlumatına görə, tanınmış müğənninin bu verilişdə oyunu otkyabrın 19-da, yəni bu həftənin bazar günündə olacaq. Yarışa qatılmaqla yanaşı K. Aquilera türkiyəli pərəstişkarları ilə görüşəcək və canlı yayımda repertuarındakı mahnıları ifa edəcək. K. Aquileranın bu yarışmada iştirakı layihənin rəhbəri və verilişin aparıcıs olan Acun İlcalın dəvəti ilə gerçəkləşəcək. Belə ki, bir müddət əvvəl Acun İlcal tərəfindən yarışmaya dəvət alan sənətçi bu dəvəti tez bir zamanda qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR