Bank Of Baku

Populyar türk sənətçisi Alişan Bakıda konsert verəcək

Populyar türk sənətçisi Alişan Bakıda konsert verəcək
# 13 oktyabr 2008 11:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Türkiyənin tanınmış sənətçisi Alişan Bakıda konsert verəcək. Tədbirin təşkilatçısı “Səs Organization” Şirkətinin rəhbəri Nahid Emiloğlunun APA-ya verdiyi məlumata görə, konsert dekabrın 6-da Heydər Əliyev Sarayında gerçəkləşəcək.

Türkiyənin şou-biznesinə qatılan azərbaycanlı müğənni Yeganə də konsertdə Alişanla birgə çıxış edəcək. Konsertdə Yeganə Türkiyədə işıq üzü görən son albomundan mahnılar oxuyacaq. N. Emiloğlun deyib ki, üç saata yaxın davam edəcək konsertdə Alişan Yeganə ilə duet də ifa edəcək.

Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR